manera.az
manera.az

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu

📅 22.12.2018 14:08

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu
Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.

Manera.az xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, bu barədə təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb.

Firudin Qurbanov BDU-nin icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.

Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Həmin müddət isə sabah başa çatır.

Əldə etdiyimiz məlumata görə, Firudin Qurbanov sabah dekabrın 22-də saat 10:00-da Baku Dövlət Universitetinin kollektivinə təqdim ediləcək../modern.az/

MANERA.AZ


Baxış sayı - 1 676 | Yüklənmə tarixi: 22.12.2018 14:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930