manera.az
manera.az

“Gecə qonağı” filminin çəklişləri sona çatıb - MANERA.AZ

📅 28.08.2015 13:48

“Gecə qonağı” filminin çəklişləri sona çatıb - MANERA.AZ


Manera.az xəbər verir ki, filmin ssenari müəllifi İlqar Fəhmi, qurluşçu rejissoru Kənan M.M., montaj üzrə rejissoru Tofiq Teymuroğlu, qurluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Nailə Mirməmmədlidir.

Gənc rejissor Tofiq Teymuroğlu üzərində çalışdıqları yeni “Gecə qonağı” filmi haqda manera.az-a danışaraq bildirib ki, filmdə bir çox tanınmış simalar rol alıb.

Bunlardan Kənan M.M. (eyni zamanda filmin qurluşçu rejissoru), Fərda Amin, Kəmalə Piriyeva, Pərvin Abıyeva və başqalarının adın qeyd etmək olar.

Bir neçə film, klip və reklamların rejissoru, montajçısı olan Tofiq Teymuroğlu: “Bu gün Azərbaycanda film məkanında daha böyük işlər görülməkdədir. Belə işlərdən biri olan “Gecə qonağı” filminin qala - təqdimat gecəsi sentyabr ayının 24 –də keçirilərək tamaşaçıların ixtiyarına veriləcək. ”

“Bu filmin həqiqətən də tamaşaçı kütləsi qazana biləcək bir film olacağına inanırıq.” – deyə Tofiq Teymuroğlu sözlərinə əlavə edib.

Çinarə
MANERA.AZ

“Gecə qonağı” filminin çəklişləri sona çatıb - MANERA.AZ


Baxış sayı - 3 211 | Yüklənmə tarixi: 28.08.2015 13:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031