manera.az
manera.az

Marsda su bolluğu | MANERA.AZ

📅 28.08.2015 12:04

Marsda su bolluğu | MANERA.AZ
NASA-nın Marsdakı "Curiosity" kəşf robotu Qırmızı planetdə təxmin edildiyindən daha çox su tapıldığını təyin edib.

Manera.az Türkiyənin www.sabah.com.tr saytına istinadla xəbər verir ki, yeni kəşfin Marsda həyat əlaməti ehtimalını gücləndirdiyi ifadə edilib. "Curiosity"'nin Buckskin qayalığında hidrogen və su molekullarının izini axtardığı qazma işində Mars səthinin bir metr altında indiyədək olan su molekulu sıxlığının üç ilə dörd qatı miqdarında su molekuluna rast gəlindiyi qeyd edilib. NASA səlahiyyətliləri bunun Marsda təxmin edildiyindən daha çox suyun tapıla biləcəyini bildirirlər. Bu planetdə 3 ilini tamamlayan "Curiosity" oradakı Sharp dağı və ətrafında olan qayalıqlarda nümunə toplama işlərinə davam edir.


Baxış sayı - 1 726 | Yüklənmə tarixi: 28.08.2015 12:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031