manera.az
manera.az

"Nənənin kələyi" əsəri yenidən səhnədə

📅 19.04.2015 09:51

"Nənənin kələyi" əsəri yenidən səhnədə
Manera.az xəbər verir ki, Azərbaycanın xalq artisti görkəmli aktyor və rejissor Ağaxan Salmanlı Mingəçevir Dövlət Dram Teatrında yeni tamaşa hazırlayır. Əhməd Orucəlinin "Nənənin kələyi" adlanan komediyanın premyerası mayın 1-2-3-ü olacaq.
Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Rəfael Həşimov, musiqi tərtibatı Elnur Rəsulova aiddir. Rolları Eyvaz Əliyev, Fəridə Məmmədova, Paşa Salmanov, Amil Fərzəliyev, Afiq Yusifov, Jalə Davıdova,Ş Hüseyn Mustafayev, Asim Məmmədov və Ruhəngiz Abdullayeva ifa edir.
"Nənənin kələyi" komediyası uzun illər əvvəl ilk dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsində Ağaxan Salmanlının quruluşunda səhnəyə qoyulub. Həmin tamaşada baş rolu Azərbaycanın xalq artisti mərhum sənətkar Firəngiz Şərifova ifa edib.

Turan


Baxış sayı - 2 314 | Yüklənmə tarixi: 19.04.2015 09:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930