manera.az
manera.az

Putin Tahir Salahovu təbrik edib

📅 29.11.2018 18:51

Putin Tahir Salahovu təbrik edib
Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib.

Manera.az xəbər verir ki, Kremlin saytında yerləşdirilmiş məktubda deyilir: "Siz nadir istedad sahibi, genişmiqyaslı yaradıcılıq planları quran, sənətinə tələbat duyulan rəssam və pedaqoq kimi tanınmısınız, parlaq istedadlı şagirdlərinizin və davamçılarınızın bütöv bir nəslini tərbiyə etmisiniz. Sizin çoxplanlı, həmişə maraqlı sərgi və bərpa layihələrinin reallaşdırılmasına böyük töhfəniz, incəsənətə sədaqətiniz, əlbəttə, ən dərin hörmətə və ehtirama layiqdir”.

Prezident Vladimir Putin Xalq rəssamı Tahir Salahova cansağlığı diləyib, ən xoş arzularını bildirib.

MANERA.AZ


Baxış sayı - 1 097 | Yüklənmə tarixi: 29.11.2018 18:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031