manera.az
manera.az

Pekində Tahir Salahovun sərgisi təşkil edilib

📅 28.09.2017 23:02

Pekində Tahir Salahovun sərgisi təşkil edilib
Sentyabrın 23-dən etibarən bir ay müddətində Pekində Azərbaycan xalq rəssamı Tahir Salahovun sərgisi keçirilməkdədir.

Azərbaycanın Çindəki səfirliyindən Manera.az-a verilən məlumata görə, hər il keçirilən Pekin İncəsənət Festivalı çərçivəsində müxtəlif ölkələrin tanınmış rəssam, heykəltəraş, dizayner və digər incəsənət adamlarının fərdi və tematik sərgiləri, ustad dərsləri, mühazirə və seminarları təşkil olunur.

Sərgi Pekindəki “798” incəsənət zonasında təşkil olunub. Builki festivalda çinli sənətsevərlər dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığı ilə tanış olmaq imkanı əldə ediblər.

Sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 20-yə yaxın əsəri nümayiş etdirilir. İki ölkə arasında mədəni sahədə əməkdaşlığa öz töhfəsini verən sərgi bir ay müddətində davam edəcək.

Pekində Tahir Salahovun sərgisi təşkil edilib


Baxış sayı - 1 264 | Yüklənmə tarixi: 28.09.2017 23:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930