manera.az
manera.az

Xalq rəssamı beynəlxalq Rembrant qızıl medalına layiq görülüb

Xalq rəssamı beynəlxalq Rembrant qızıl medalına layiq görülüb
Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov İtaliyanın Milan şəhərində keçiriləcək təntənəli tədbirə dəvət alıb.

Manera.az xəbər verir ki, azərbaycanlı rəssam dünya incəsənətinin inkişafında xidmətlərinə görə Hollandiyanın təsis etdiyi Rembrant qızıl medalına layiq görülüb.

Beynəlxalq mükafat İtaliyanın Milan şəhərində noyabrın 29-da keçiriləcək tədbirdə Xalq rəssamı Sakit Məmmədova təntənəli şəraitdə təqdim olunacaq.

Xatırladaq ki, S.Məmmədov UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, “Vətən övladı” qızıl ordeninin, “Dədə Qorqud” mükafatının, Leonardo da Vinçi medalının, “Avropanın şərəfi” ordeninin, Rusiyanın nüfuzlu “Minilliyin adamı” mükafatının sahibi, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, akademiki, Vatikan Zadəgan Heraldika Akademiyasının qrafıdır və onlarla digər təltiftləri var./SalamNews.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031