manera.az
manera.az

İstiqlal Muzeyində sərgi keçiriləcək|MANERA.AZ

İstiqlal Muzeyində sərgi keçiriləcək|MANERA.AZ


Oktyabrın 14-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Muzeyin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsi birgə Azərbaycan Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş “Gəncliyin seçimi – müstəqillik” adlı sərgi keçirəcəkdir.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin əsərləri nümayiş olunacaq.
Tədbirdə Muzeyin direktoru Fəridə Şəmsinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun, Elm və yaradıcılıq işləri üzrə prorektoru, xalq rəssamı, professor Fuad Salayevin, beynəlxalq əlaqələr üzrə prorektoru, xalq rəssamı, professor Səlhab Məmmədovun, tədris və tərbiyə işləri üzrə prorektoru, professor Azad Zeynalovun, dekorativ-tətbiqi sənət fakültəsinin dekanı, dosent İmran Kərimovun çıxışları və Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs truppasının rəqsləri nəzərdə tutulub.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728