manera.az
manera.az

“Toska” operasının tamaşası keçiriləcək

“Toska” operasının tamaşası keçiriləcək
Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operasının tamaşası keçiriləcək.

MANERA.AZ-a teatrdan verilən xəbərə görə, tamaşada Toska partiyasını ifa etmək üçün Türkiyənin populyar vokalçısı, tanınmış opera müğənnisi Mine Kurtoğlu dəvət olunub.

Bakılı operasevərlərin dəfələrlə parlaq ifasına şahid olduqları digər bir ulduz vokalçı - Belarus Milli Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov isə tamaşada Skarpia rolunda çıxış edəcək.

Tamaşada Azərbaycanın istedadlı opera müğənniləri - Xalq artistlərii Əli Əsgərov və Əkrəm Poladov, Əməkdar artistlər Cahangir Qurbanov və Əliəhməd İbrahimov da iştirak edəcəklər.

Tamaşanın dirijoru Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərovdur.

Qeyd edək ki, Mine Samsun Dövlət Opera və Balet Teatrının aparıcı solisti, bir sıra beynəlxalq vokal müsabiqələrinin qalibidir. O həmçinin 2018-ci ildə Bakıda keçirilən Vokalçıların Bülbül adına VII beynəlxalq müsabiqəsində parlaq çıxışı ilə yadda qalıb. İstedadlı vokalçı həmin müsabiqənin "Qran-Pri" mükafatına layiq görülüb. Tamaşada Ukrayna Milli operasının aparıcı solisti Andrey Romanenko əsas partiyalardan birini - Kavaradossi partiyasını ifa etmək üçün dəvət olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031