manera.az
manera.az

Jül Vernin şeirlər kitabı çap ediləcək

📅 13.11.2018 22:24

Jül Vernin şeirlər kitabı çap ediləcək
Manera.az “Ex Libris”ə istinadən xəbər verir ki, bu yaxınlarda “Prestij Book” Jül Vernin şeirlər kitabını çap edəcək.

Mənbədən verilən məlumata görə kitab “Bataqlıq alovu” adı altında çapa gedəcək.

Təəccüblü səslənsə də məşhur fransız yazıçısı Jül Vern ədəbiyyat tarixində macəra xarakterli əsərlərilə qalsa da yazıçının gənclik illərində qələmə alınmış poetik nümunələri də mövcuddur.

Sadəcə həmin poetik nümunələr oxunaqlı belletristikalarının, macəra əsərlərinin kölgəsi altında qalaraq araşdırılmamış, zamanla unudulmuşdur.

Şeirlərin toplanması ideyası şair, tərcüməçi Yevgeniy Vitkovskiy tərəfindən irəli sürülmüş, “Tərcüməçi əsri” seminarının azsaylı kollektivi tərəfindən dəstək alaraq çapa hazırlanmışdı.

Kitabda yazıçının 180-a qədər kiçik həcmli balladaları, həmçinin poemaları çap olunacaq.

Qeyd edək ki, kitab ilin sonunda işıq üzü görəcək.

MANERA.AZ


Baxış sayı - 998 | Yüklənmə tarixi: 13.11.2018 22:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031