manera.az
manera.az

Məşhur qazax şairi Azərbaycan dilində “danışdı” | MANERA.AZ

📅 04.10.2016 17:30

Məşhur qazax şairi Azərbaycan dilində “danışdı”  | MANERA.AZ
MANERA.AZ
Məşhur qazax şairi Ğalım Mutanovun “Nura boya dünyanı” şeirlər kitabı Azərbaycan dilinə tərcümə edilib. Kitabda çağdaş qazax poeziyasının inkişaf xəttini özündə əks etdirən şeir nümunələri yer alıb.

Ğalım Mutanovun poetic yaradıcılığından nübunələri Azərbaycan türkcəsinə ilk dəfə mərhum şair-tərcüməçi, Ümumdünya Yazıçılar Birliyinin Azərbaycan ezrə təmsilçisi Nizami Zöhrabi tərcümə edib.

Kitaba ön söz yazmış filologiya elmləri doktoru, professor Maarifə Hacıyeva Ğalım Mutanovun yaradıcılığına ətraflı nəzər salın və oxuculara təqdim olunan şeirləri müasir qazax poeziyasının ən maraqlı nümunələri kimi qiymətləndirib.

Redaktor və tərtibçisi yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı olan poetik toplu ümumtürk dəyərlərini şeirlər vasitəsilə özündə peşəkarlıqla əks etdirir. Həmin şeirlərdə müqəddəs çöl anlayışını, köç məfhumunu, türk bozqırlarının saf nəsimini hiss etmək olar.
“Nura boya dünyanı” müəllifin Azərbaycan türkcəsinə çevrilən ilk kitabıdır.

Elmin Nuri


Baxış sayı - 1 864 | Yüklənmə tarixi: 04.10.2016 17:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930