manera.az
manera.az

“Bir də heç vaxt”: Fərid Hüseynin yeni kitabı -MANERA.AZ

 “Bir də heç vaxt”: Fərid Hüseynin yeni kitabı   -MANERA.AZ

Gənc şair Fərid Hüseynin “Bir də heç vaxt” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Manera.Az xəbər verir ki, “ATV kitab” seriyasının bu yeni nəşrinə şairin son illərdə qələmə aldığı poetik nümunələr toplanıb. Nəşr mövzu rəngarəngliyi ilə də seçilir: “Şəhərlər, şeirlər”, “Liriklər və antiliriklər”, “Qəlbin tərbiyə dərsləri”, “Müharibə”, “Minimalist şeirlər” adlı bölmələrdə bir-birindən maraqlı poetik nümunələr yer alıb. Nəşrdə fərqli, adilikdən çıxmış forma və düşüncə kombinasiyaları, onların realizəsi bədii fikrin mümkün imkanları ilə oxuculara çatdırılır. Kitab “Parlaq imzalar” nəşriyyatı tərəfindən çap olunub, nəşrin redaktoru şair Səlim Babullaoğludur.

Olduqca maraqlı və fərqli müəlliflərin əsərlərini çap olunan “ATV kitab” layihəsində indiyə qədər Avqust Strinberqin “Tənha”, Mustafa Məsturun “Tanrının ay üzündən öp”, Enrike Vila-Matasın “Bartibi və çevrəsi” romanları, “Səsindən tanıdılar payızı” adlı yapon şeiri antologiyası, Vinstas Krevenin “Azəristan ölkəsi” kitabı, Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” adlı pritçaları, Mirmehdi Ağaoğlunun “Alman malı” hekayələr toplusu işıq üzü görüb. Yüksək zövqlərə xitab edən bu kitab layihəsi əsasında dünya və Azərbaycan ədəbiyyatının seçkin imzalarının əsərlərinin nəşri davam etdiriləcək.

Qeyd edək ki, “ATV kitab” seriyası ilə “Parlaq imzalar” nəşriyyatının birgə layihəsi əsasında nəşr olunan kitabların redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Etibar Babayev, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli, Dilman Şahmərdanlı, Rəşid Çulaq və Bəxtiyar Əlirzayev daxildir. Kitaba və seriyaya informasiya dəstəyi www.news.atv.az tərəfindən verilir. Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən www.parlaqimzalar.az saytından və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş edə bilərsiz.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031