manera.az
manera.az

Fərid Hüseyn “Bir də heç vaxt”ı imzalayacaq |MANERA.AZ

Fərid Hüseyn  “Bir də heç vaxt”ı imzalayacaq |MANERA.AZ

Gənc şair Fərid Hüseynin “Bir də heç vaxt” adlı yeni şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.

Müəllifin Manera.az-a verdiyi məlumata görə, tədbir 29 oktyabr (şənbə günü) saat 14:00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Xatırladaq ki, “ATV kitab” seriyasının bu yeni nəşrinə şairin son illərdə qələmə aldığı poetik nümunələr toplanıb. Nəşr mövzu rəngarəngliyi ilə də seçilir: “Şəhərlər, şeirlər”, “Liriklər və antiliriklər”, “Qəlbin tərbiyə dərsləri”, “Müharibə”, “Minimalist şeirlər” adlı bölmələrdə bir-birindən maraqlı poetik nümunələr yer alıb. Nəşrdə fərqli, adilikdən çıxmış forma və düşüncə kombinasiyaları, onların realizəsi bədii fikrin mümkün imkanları ilə oxuculara çatdırılır.

Kitab “Parlaq imzalar” nəşriyyatı tərəfindən çap olunub, nəşrin redaktoru şair Səlim Babullaoğludur.
Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən www.parlaqimzalar.az saytından və 055 259 72 59 telefon nömrəsi ilə də sifariş edə bilərsiz.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031