manera.az
manera.az

Şabranda İbrahim İlyaslı ilə görüş keçirilib

📅 28.10.2018 21:16

Şabranda İbrahim İlyaslı ilə görüş keçirilib
Oktabrın 27-də Şabran şəhəri Xaqani Poeziya Evində tanınmış şair İbrahim İlyaslı ilə görüş keçirilib.

Manera.az xəbər verir ki, görüş Şairin 55 illik yubileyi və “Şair olmaq zülümdü” adlı yeni kitabının işıq üzü görməsi münasibətiylə düzənlənib.

İlk öncə Şairin həyat və yaradıcılığı haqqında məlumat verən Poeziya Evinin direktoru Aybəniz Əliyar çıxış etmək üçün sözü yerli yazarlara və şabranlı ziyalılara verib.

“Şabran” Ədəbi məclisinin sədri, şair Qafar Süleyman, Xaçmaz rayonu Regional Mədəniyyət Idarəsinin nümayəndəsi Xalidə Əliyeva, Şabran rayonu Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə Məmmədova, Heydər Ə. Mərkəzinin direktoru Təvəkkül Əliyev, Ağbaş kənd kitabxanasının direktoru Qızqayıt Mahmudova, şairlər Zakir Bayramlı, Şərbətəli Mahmudov, Sevinc Məmmədova,Tural Coşqun, Aydın Rəvan və İH-nin nümayəndəsi Daşqın Məmmədov çıxış ediblər.

Maraqla qarşılanan çıxışlar arasında şairin şeirləri Qulu Mövsümovun ifasında səsləndirilib, xanəndə Natiq Əliyevin ifasında isə muğamlara yer ayrılırıb.

Şairin dostları Ehtiram İlham və Ədalət Nicat da çıxış edənlərə qoşulub.

Tədbirin mətni və fotoları Şakir Rəhmanındır.

MANERA.AZ

Baxış sayı - 2 166 | Yüklənmə tarixi: 28.10.2018 21:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031