manera.az
manera.az

Sumqayıtda Vahid Əzizlə görüş

📅 08.10.2018 18:47

Sumqayıtda Vahid Əzizlə görüş
Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Corat Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Sumqayıt Poeziya evində tanınmış şair Vahid Əzizlə görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbiri giriş sözü ilə açaraq Vahid Əzizin yaradıcılığı haqqında geniş məlumat verib.

Qələm adamlarından Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Zirəddin Qafarlı, Varis Yolçuyev, Nazir Rüstəm, Namiq Məna, İbrahim İlyaslı, bədii-qiraətçi Məleykə Alıqızı, Aynur Qafarlı, jurnalist Xatirə Əziz Rəhimli, gənc yazar Səidə Qasımzadə çıxışlar edərək şairin həyat və yaradıcılığı haqqında maraqlı faktlar söyləyiblər.

Habelə, AYB Sumqayıt bölməsi və Səməd Vurğun adına Mərkəzi Kitabxananın birgə layihəsi olan Sabir Sarvan adına Uşaq Poeziya Teatrının üzvlərindən İlahə Bağıyeva, Xoşqədəm Bağıyeva və Ayan Ağayevanın ifasında səslənən şeirlər, Corat Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvü İbrahim Fərzəliyevin oxuduğu mahnılar məclisə başqa bir ovqat bəxş edib.

Sonda Vahid Əziz oxucuların ona ünvanladığı çoxsaylı sualları cavablandırıb, yeni şeirlərini oxuyub, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.


Baxış sayı - 1 459 | Yüklənmə tarixi: 08.10.2018 18:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930