manera.az
manera.az

İbrahim İlyaslı ilə görüş keçirilib

📅 14.03.2018 12:32

İbrahim İlyaslı ilə görüş keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə S.Vurğun adına Mərkəzi kitabxanada “Oxucularla üz-üzə” layihəsi çərçivəsində Əli Kərim adına Poeziya Evinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair İbrahim İlyaslı ilə görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın Metodika- biblioqrafiya şöbəsinin böyük metodisti Natəvan Axundzadə acaraq İbrahim İlyaslının həyat və yaradıcılığı haqqında qısa məlumat verib.

Sonra İbrahim İlyaslı cixış edərək ona ünvanlanan sualları cavablandırıb, öz şeirlərini iştirakçılara ərməğan edib.

Tədbirdə həmçinin Əli Kərim adına Poeziya Evinin əməkdaşı Elvin Əlizadə, SDU-nun tələbələri müəllifin şeirlərini söyləyiblər.

Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttitaqı Sumqayıt Komitəsinin sədri Şahin Şəfiyev, Sumqayıt Şəhər MKS-nin direktoru Yeganə Əhymədova cıxış edərək müəllif haqqında öz ürək sözlərini söyləyiblər.

Sonda müəllif görüşün təşkilatçılarına öz minnəıdarlığını bildirib.
İbrahim İlyaslı ilə görüş keçirilib
İbrahim İlyaslı ilə görüş keçirilib
İbrahim İlyaslı ilə görüş keçirilib


Baxış sayı - 1 617 | Yüklənmə tarixi: 14.03.2018 12:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031