manera.az
manera.az

Türk Dünyası Milli Mücadilə tarixindən - Alixan Bökeyxanov | MANERA.AZ


Türk Dünyası Milli Mücadilə tarixindən -   Alixan Bökeyxanov | MANERA.AZ
Türküstan - Asiya qitəsində yerləşən “Türklərin yurdu” mənasına gələn böyük bir ölkə. Sahəsi altı milyon kvadrat kilometr civarında olan Türküstan Dövləti quruluş etibarilə mavi ay ulduzlu göy bayrağa sahib, öz himni olan, öz Milli məclisi və dövlət orqanlarına malik müstəqil bir respublika idi. Xəzər dənizindən Çinə qədər uzanan Türküstan; Qərbi Türküstan, Şərqi Türküstan, Əfqan yaxud Cənubi Türküstan və İran Türküstan olmaq üzrə dörd bölüm halında araşdırılır. Tarix boyu Çin, İran və Çar Rusiyası kimi dövlətlərin müdaxilələrinə sinə gərən türklər Türküstanın müstəqillik mübarizəsini həyata keçirmək məqsədi ilə "Alaşın oğullarıyıq" şüarı altında Daşkənddə Milli Türküstan Konqresi təşkil edərək soylu ailələrdən gələn Qazax və Qırğız əsilli öndərləri “Alaş” adı altında birləşmişlər. Bu hərəkata Qazax və Qırğız intellektuallar də qatılmışdır. Daha sonra adı çəkilən hərəkat geniş xalq kütlələri tərəfindən mənimsənilmişdir. Türküstanın milliyyətçi ziyalıları ilk etapda bəzi problemləri praktik və tez olaraq necə həll edə biləcəklərini təşkil etdikləri müxtəlif konqreslərdə uzun-uzadı müzakirə etmişlər. Bu ziyalılardan biri də Qazaxıstan tarixindəki ilk siyasi partiya - Alaş partiyasının qurucusu Alixan Bökeyhanov olmuşdur.

Alixan Nurmuhamməd oğlu Bökeyhanov 1970-ci ildə Semey vilayətinin Qarqaralı rayonu, Tokıran kəndində, indiki Qarağandı bölgəsi, Ağtoğay rayonunda doğulmuşdur. Soyu - Çingiz Xanın böyük oğlu Törə boyuna mənsub Joşı xandan olan Alixan Bökeyhanov - Qazax xalqının həyatında əhəmiyyətli yeri olan, alim, həmçinin Qazaxların ilk siyasi partiyasının rəhbəri və Alaşorda hökumətinin başçısı olmuşdur.

Ailəsi Qarqarlı şəhərinə köçdükdən sonra 9 yaşlı Alixan təhsil alması üçün onu yerli mollaxanaya göndərilir. Amma, o, burada təhsil almaqdansa şəhərdəki orta məktəbdə oxumağın daha faydalı olacağını düşünərək, şəhərdəki 3 illik orta məktəbə öz istəyiylə qeyd olunur. Ombı şəhərində Texniki məktəbi bitirdikdən sonra Dala General - Qubernator ofisinin təklifiylə və Qazax birlik vəqfinin 200 som təqaüdünün alıb, Rusiyanın paytaxtı Sankt Peterburqa gedir və orada Meşə Fermer İnstitutuna yazılır. Alixan orada dərslərdən əlavə tələbələrin təşkil etdiyi siyasi, ədəbi, iqtisadi və başqa da birliklərə də qatılaraq müzakirələrdə iştirak edir. 12 əsrlik Rusiya müstəmləkəçiliyində olan Qazax xalqının vəziyyəti ona çox pis təsir etdiyinə görə qaranlıq və cəhalət içərisində olan Qazax xalqının təhsil alması və modernləşməsi lazım olduğunu anlayan Alixan, xalqın həyat səviyyəsini, mədəniyyətini, təhsilini inkişaf etdirməyi özünə hədəf olaraq müəyyən edir.

1917-ci ildə fevral inqilabı nəticəsində Çar Rusiyasının dağılması ilə Orta Asiyada milli dövlətlər qurma ümidini doğurmuşdu. Qazax ziyalı və siyasətçilərinin öndə gələn simaları o cümlədən 1913-ci ildən bəri “Qazax” adlı bir qəzet yayımlayaraq xalqı milli oyanışa sövq etməkdə olan Alixan Bökeyhanov, Əhməd Baytursunov və Mir Yaqub Duvlatov kimi Qazax ziyalıları bu fürsəti qiymətləndirərək Çar Rusiyası yerinə qurulacaq olan yeni demokratik Rusiya Federasiyasının içində milli muxtariyyət qurma işlərinə başlamışdılar. Və beləcə “Qazax Alaş” Siyasi hərəkati ortaya çıxmışdır. Bu hərəkat nəticəsində 1917-ci ilin sonunda Orenburg şəhərində Qazax muxtariyyəti elan edildi. Həmçinin, Alaş lideri Alixan Bökeyhanovun Alaş Hərəkatından nümayəndəsi olaraq göndərdiyi Mustafa Çokay və yoldaşlarının fəaliyyətləri ilə cənubda Hokand şəhərində Qazax-Özbək siyasi formasiyası olan Türküstan muxtariyyəti elan edildi. Amma çox keçmədən zəfər qazanan Bolşeviklər Qazax muxtar Respublikasının varlığına son qoyub, başçılarını sürgün edirlər. A. Bökeyhanov Moskvaya sürgün edilir. Orda 10 il ev həbsində qalan Alixan 1937-ci ilin avqust ayında böhtan atılaraq həbs olunub ölüm cəzasına məhkum edilir.

Ömrünü ən böyük hədəfi olan xalqının azadlığı, aydın gələcəyi uğrunda fəaliyyətlərə həsr edən Alixan, həyatının sonuna qədər bu hədəf yolunda səylərdən əl çəkməmişdir. O - Rusiya yerli və şəhərli ziyalılarının nümayəndəsi, Rusiyanın 1-ci Dövlət Dumasının və müsəlman xalqlarının Millət vəkili, 4-cü Dövlət Dumasının Müsəlman camaatının nümayəndəsi, alim - meşə araşdırmaçısı, iqtisadçı, kənd təsərrüfatı mütəxəssisi, tarixçi, etnoqraf, ədəbiyyatçı, tərcüməçi və jurnalist olaraq da Qazax xalqının siyasi, mədəni və ruhani tarixində əhəmiyyətli iz buraxan böyük bir insan olmuşdur.

Türk Dünyası Milli Mücadilə tarixindən -   Alixan Bökeyxanov | MANERA.AZFərrux RƏHİMOV

Qaynaqlar:

1. TOĞISBAYEV B., SUJİKOV A, “Tarixi Tulğalar”, Almatı nəşriyyatı, Almatı, 2009
2. Lazzat BAZARBAYEVA “Qazax Milli Mübarizləri” kurs işi Niğde Universiteti, Niğde 2014
3. Abdulvahap KARA “Qazaxıstan Müstəqillik tarixinin dönüş nöqtələrini Meydana gətirən Liderlər: Kenesarı xan, Mustafa Çokay və Nursultan Nazarbayev” - 27 May 2013 İstanbul Universiteti Tarix Araşdırma Mərkəzinin təşkil etdiyi Tarix Boyunca Lider və Liderlik Anlayışı seminarına təqdim edilmiş məruzə.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031