manera.az
manera.az

Yunus Oğuzdan yeni tarixi roman

📅 17.09.2018 22:31

Yunus Oğuzdan yeni tarixi roman
Yazıçı-publisist, dramuturq, tarixçi alim Yunus Oğuz “Səfəvi şeyxi” adlı yeni tarixi romanını tamamlayıb.

MANERA.AZ xəbər verir ki, romanda Şeyx Səfidən başlayaraq Şeyx Cüneydə qədər olan şeyxlərin hər biri xatırlanıb.

Xatırladaq ki, Şeyx Cüneydin dövrü Azərbaycan xalqı üçün ən maraqlı dövrdür. Ona qədər Ərdəbil şeyxləri siyasətlə maraqlanmaz, yalnız dini işlərlə məşğul olardılar. Lakin dövlət qurmağı qarşısına məqsəd qoyan Şeyx Cüneyd ətrafında toplanan müridləri müharibə etmək üçün silahlandırmağa başladı.

Romanda Azərbaycan xalqının təşəkkülündə və siyasi tarixində mühüm rol oynamış Ağqoyunlular, regionda nüfuzlu bir dövlət qurmağa qadir olan Qaraqoyunlu dövləti yer alır, Uzun Həsənin və Cahangir Mirzənin anası, Azərbaycanın ilk diplomat qadını Sara Xatundan bəhs edilir. Həmçinin burada 1453-cü il İstanbulun fəthinə də toxunulub.

Qeyd edək ki, roman əsasən ilk dəfə olaraq sünnü təriqətindən şiə təriqətinə keçən Şeyx Cüneyddən bəhs edir../trend.az/


Baxış sayı - 1 443 | Yüklənmə tarixi: 17.09.2018 22:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031