manera.az
manera.az

Ədəbiyyatımızın tarixinə, tariximizin ədəbiyyatına əcəb töhfələr | MANERA.AZ

Ədəbiyyatımızın tarixinə, tariximizin ədəbiyyatına əcəb töhfələr | MANERA.AZ
manera.az
Təqvimin yaxınlaşmaqda olan 17 iyul səhifəsi Şah İsmayıl Şeyx Heydər oğlu Səfəvinin (d. 1487, Ərdəbil – ö. 23 may 1524, Sərab) — Səfəvi təriqətinin rəhbəri (şeyxi) (1494—1524); Səfəvilər dövlətinin banisi və ilk şahı (1501—1524); Klassik Azərbaycan şairi) təvəllüd günüdür. Aşağıda verilmiş sətirlərdə ehtiva olunan fikirlərin müəllifləri Şah İsmayıl Xətaini daşnak Stepan Şaumyanla müqayisə ediblər:

“Şah İsmayıl fenomeni xristian Avropasının, fars ideoloqlarının və rus imperiyasının ehtiyat kartı idi. Stepan Şaumyan kartı vurulan kimi ortaya Şah İsmayıl kartını atdılar. Ən faciəli hal bu idi ki, Şah İsmayılı göylərə qaldıran, portretini böyüdüb mitinqlərə, küçələrə çıxaran “Millət, millət” şüarı bağıranlar idi və məhz onların hakimiyyəti dövründə Stepan Şaumyanın heykəlinin yerinə Şah İsmayılın heykəlini oturtdular. O Şah İsmayılı ki, ortodoks kilsəsinin sadiq qulu Martanın oğlu idi. Erməni keşişlərindən tərbiyə almışdı və şeirlərində özünü Allah elan edirdi (haşa!)...

...Bəziləri Prezidentə müraciət edərək, Səfəvi dövlətinin 500 illyiyni qeyd etmək təklifi də irəli sürməkdən utanmır. Yaxşı ki, Heydər Əliyev siyasi dahilik göstərərək bu məsələni sükutla qarşılayır və onların təklifinə razılıq vermir”. (Fərrux Əkbərov. “Zamanın axarında” silsilə kitabları. Ədəbiyyatımızın tarixi və tariximizin ədəbiyyatı. III kitab.2003)

“Qərbdə Teodora və ya Feodora kimi tanınan yunan qızı Dəspinə xatun Səlcuqşah Bəyim Trabzon imperatoru IV İohannın qızı idi...
...IV İohann... qızını Həsən bəyə ərə verməyə razılıq verir, lakin bir şərtlə - Dəspinə xatun ömrünün sonuna qədər xristian dinində qalmış olsun. Həsən bəy həmin şərtə razılıq verdikdən sonra IV İohann cehiz ilə birlikdə öz keşişini də Həsən bəyin sarayına göndərir...
...Həsən bəyin Dəspinə xatundan üç qızı və bir oğlu olmuşdu. Marta (sonradan Aləmşah Bəyinm adlandırılmışdı - S.O.) adlı qızını Şeyx Heydərə, yəni Şah İsmayılın atasına ərə vermişdi...

...Dəspinə xatundan olan Martanın Şeyx Heydərə ərə verilməsi xristian Avropasının planı əsasında olmuşdur. Onun (Şeyx Heydərin) yeddi oğlu olmuşdu. Onlardan Sultanəli, İbrahim və İsmayıl Dəspinə xatunun qızı Martadan (Aləmşah Bəyimdən) dünyaya gəlmişdilər”. (Professor Seyidağa Onullahinin “Zaman” qəzetinin 29 noyabr 1995-ci il tarixli sayında dərc edilmiş “Dəspinə xatun kimdir” sərlövhəli məqaləsindən)
“Səfəvilərin Azərbaycanda məğlubiyyətindən və Sultan Yaqubun Ərdəbili tutmasından sonra Şeyx Heydərin kiçik yaşlı (Martadan olan) üç oğlu Van gölündəki Axtamar adasında eyni adlı erməni kilsəısində gizlədildi(!?)”.

...1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicanı tərk etdi. Bir il sonra isə ordu Naxçıvan ərazisində Əlvənd Mirzənin qoşununu məğlub etdi. Onun (?) 16 minlik qoşununun 9 minini üç gürcü knyazının göndərdiyi xristian döyüşçülər təşkil edirdi. Qalan 7 minlik qoşunun tərkibi də əsasən atəşpərəst, bütpərəst və xristian qəbilə və tayfaların nümayəndələrindən təşkil olunmuşdu. Babəkin həyata keçirə bilmədiyini bu dəfə Şah İsmayılın arxasında gizlənən məkrli xristian ittifaqı həyata keçirirdi. ..

...Mən bir mətləbi anlaya bilmirəm. Yəni bizim tarixçilər və siyasətçilər o qədər sadəlövhdürlər ki, Şah İsmayılın anasının xristian missioneri olduğuna, İsmayılın erməni kilsəsinə sığınmasına əhəmiyyət verməsinlər, yaxud o qədər sklerozdular ki, bu faktı unutsunlar? Yəni bizim alimlər o qədər cahildirlər ki, on dörd yaşında uşağın xristian missioneri olan anasının və keşiş ideoloqlarının müdaxiləsi olmadan təkbaşına qocaman bir dövləti idarə etməyə qadir olduğuna inansınlar? Görəsən, bu alimlərin hansı VII sinif şagirdi olan bir uşağı dövlət başçısı kimi təsəvvür edə bilir?” (Yenə də Fərrux Əkbərovun “Ədəbiyyatımızın tarixi, tariximizin ədəbiyyatı” kitabından)

Məsələyə münasibət bildirmək istəyənlər redaksiyaya müraciət edə, elektron poçtumuza məktub göndərə bilərlər.

Topladı: Pünhan Şükür
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031