manera.az
manera.az

Fars dilinə tərcümə edilmiş “Şeyx Sənan” əsərinin təqdimatı olub - MANERA.AZ

📅 10.09.2015 11:19

Fars dilinə tərcümə edilmiş “Şeyx Sənan” əsərinin təqdimatı olub - MANERA.AZ

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin fars dilinə tərcümə edilmiş “Şeyx Sənan” əsərinin Urmiyada fəaliyyət göstərən “Hövzeyi-hünər” mədəniyyət mərkəzində təqdimat mərasimi keçirilib.

Mərasimdə urmiyalı şairlər və ədəbi tənqidçilər, o cümlədən Mustafa Quluzadə, Əkbər Həmidi, Əli Rəzmara, Əli Səlahlu, Məhmud Şami, Zəhra Kərimzadə, Atabəy Teymuri böyük ədibin yaradıcılığı, onun əsərlərinin məziyyətləri və “Şeyx Sənan” əsərinin fars dilinə tərcüməsi ilə bağlı fikirlərini bölüşüblər.

“Şeyx Sənan” əsəri Azərbaycan dilindən fars dilinə Əkbər Həmidi Əlyar tərəfindən tərcümə edilib və İranın Qərbi Azərbaycan vilayətinin inzibati mərkəzi olan Urmiya şəhərində fəaliyyət göstərən “Hövzeyi-hünər”in himayəsi ilə çap olunub.

Rabil Kətanov


Baxış sayı - 2 045 | Yüklənmə tarixi: 10.09.2015 11:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031