manera.az
manera.az

Sumqayıt Teatrı Cavidi yad edəcək

📅 12.09.2018 16:35

Sumqayıt Teatrı Cavidi yad edəcək
Sumqayıt Dövlət Dram Teatrı özünün 51-ci yeni mövsümünü sentyabr ayının 25 də filosof, şair-dramaturq H.Cavidin 135 illiyinə həsr olunmuş “Zülmətdə nur” tamaşası ilə açacaq.

MANERA.AZ-ın məlumatına görə, əsərin müəllifi Nizami Muradoğlu, tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Tamaşada əsas obrazları əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil Xanlarov, Oqtay Mehdiyev, Şəmistan Süleymanlı, Sədaqət Nuriyeva, Dağlar Rüstəmov, İlahə Səfərova, İlham Səfərli, Şəhla Məmmədova, Rövşad İlyasov, Akif Mirzəyev ifa edirlər.

Tamaşa 1937-ci il represiya qurbanlarının, xüsusilə H.Cavid ailəsinin faciəsindən bəhs edir. Tamaşada Cavid ilə bərabər, o dövr Stalin və Bağırov Siyasətinin qurbanları Ə.Cavad, M.Müşviqin və onların həyat yoldaşları Şükriyyə və Dilbər xanımın represiya əzablarından səhnədə yer alıb.


Baxış sayı - 1 371 | Yüklənmə tarixi: 12.09.2018 16:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031