manera.az
manera.az

Sumqayıt Teatrının tamaşası Bakı səhnəsində

📅 02.07.2017 01:33

Sumqayıt Teatrının tamaşası Bakı səhnəsində


Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında premyerası uğurla keçən “Toy olsun” (İsi Məlikzadə, Süleyman Ələsgərov) musiqili komediyası tamaşaçıların istəyi nəzərə alınaraq,iyulun 4-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş olunacaq.


Komik situasiyalarla zəngin məişət komediyasında baş rolları Azərbaycan səhnəsinin gülüş ustası Respublikanın xalq artisti "Şöhrət" ordenli sənətkar Afaq Bəşirqızı və xalq artisti Valeh Kərimov ifa edirlər.Tamaşada digər rolları əməkdar artistlər İzaməddin Bağırov, Növrəstə Həşimova, İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Sədaqət Nuriyeva, Oktay Mehdiyev, Akif Mirzəyev yer alıblar. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Nizami Dadaşovdur.

Sumqayıt Teatrının tamaşası Bakı səhnəsində


Sumqayıt Teatrının tamaşası Bakı səhnəsində


Sumqayıt Teatrının tamaşası Bakı səhnəsində


Baxış sayı - 1 321 | Yüklənmə tarixi: 02.07.2017 01:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930