Aprelin 18-də Sumqayıt Dövlət Dram Teatrında İsi Məlikzadə və Süleyman Ələsgərovun "Subaylarınızdan görəsiniz" əsəri əsasında hazırlanın "Toy olsun" musiqili komediyasının premyerası olacaq.Yeni tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovdur. "Toy olsun" tamaşasının ən əsas özəliyi uzun illərdən sonra yenidən doğma Sumqayıt Teatrının səhnəsində görünən sevimli sənətkarlar "Bəxt üzüyü" filmindən sevdiyimiz cütlük Azərbaycanın xalq artisti gülüş tacımız "Şöhrət" ordenli Afaq Bəşirqızı və Xalq artisti Valeh Kərimov baş rollarda ifa edirlər.Hər iki sənətkar Səməni və Seyfinin duetini təqdim edəcək.
Sumqayıt Teatrının istedadlı aktyorlarının da rol aldığı tamaşada iki heyət çalışır.Afaq Bəşirqızı və Valeh Kərimovdan başqa hər iki obrazın dublyorları da olacaq. Sumqayıt Teatrının özəl layihəsi əsasında baş tutan tamaşada əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova, İzaməddin Bağırov, Cəlal Məmmədov, aktyorlar Dağlar Rüstəmov, Akif Mirzəyev, Şəmistan Süleymanlı, Fazilə Rzayeva, Oqtay Mehtiyev, Yalçın Səfərov, və başqaları ifa edəcək. Tamaşanın rəssamı Nizami Dadaşov, musiqi tərtibatı və montajı Telman Qəniyevə məxsusdur.
Qeyd edək ki, Valeh Kərimovun məşhur musiqili komediyada çıxış etməsi ideyası Afaq Bəşirqızına aiddir. "Subaylarınızdan görəsiniz" musiqili komediyası sonuncu dəfə Musiqili Komediya Teatrının səhnəsində xalq artisti, unudulmaz sənətkar Yaşar Nurinin quruluşunda tamaşaya qoyulub.
Xatırladaq ki, xalq artisti Afaq Bəşirqızı 1975-ci ildən 1989-cu ilədək Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.Afaq Bəşirqızı və Valeh Kərimov son dəfə 2009-cu ildə Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Əziz Nesinin "Şəhərdə manyak var" tamaşasında birgə duet təqdim etmişdirlər.
Turan Etibaroğlu
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.