manera.az
manera.az

“Zaman gələr, zaman gəlməz” kitabı təqdim olunub

📅 07.09.2026 13:00


Əməkdar həkim Cabir İsrafil oğlu Məmmədovun həyat və fəaliyyətinə həsr olunan “Zaman gələr, zaman gəlməz” kitabının təqdimatı ADPU-nun Quba filialında keçirilib.

Ramiz Qusarçaylı və Qvami Məhəbbətoğlu tərəfindən qələmə alınan kitab Cabir Məmmədovun həkimlik fəaliyyəti, ziyalı şəxsiyyəti və insanlara xidmət yolundan bəhs edir.

Tədbirdə Quba ictimaiyyətinin nümayəndələri, ədəbiyyat və səhiyyə xadimləri, ziyalılar, həmçinin Cabir Məmmədovun ailə üzvləri iştirak ediblər. Çıxışlarda kitabın həkimin əziz xatirəsinin yaşadılması və həyat yolunun gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyəti vurğulanıb.

Təqdimatın sonunda müəlliflər çıxış edərək tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər.

“Zaman gələr, zaman gəlməz” kitabı təqdim olunub


Baxış sayı - 24 | Yüklənmə tarixi: 07.09.2026 13:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930