manera.az
manera.az

Ayağa dur, Türkiyəm! - Yetim Qacar | MANERA.AZ

📅 23.07.2015 23:26



Manera.az Yetim Qacarın "Türkiyəm" şeirini təqdim edir:

Nə zəlzələ, nə terror səni sarsıda bilməz,
Ayağa dur, Türkiyəm, ayaqda dur, Türkiyəm!
Heç bir alov gur olub səni qarsıda bilməz,
Olsa da o səndən gur, ayaqda dur, Türkiyəm!
Ayağa dur, Türkiyəm, ayaqda dur, Türkiyəm!

Sən Turanın mayakı, Turan sənə dayaqdı,
Səbr eləmək gərəkdi, Rəbbim verən sınaqdı...
Harda bir Türkün varsa yuxu bilmir, oyaqdı,
O sənlə duyur qurur, ayaqda dur, Türkiyəm!
Ayağa dur, Türkiyəm, ayaqda dur, Turkiyəm!

Türkün çörəyin yeyib bəyənməyən kəsləri,
Türkün ululuğuna lağ edən nakəsləri,
Qılıncına qonağ et, qoy kəsilsin səsləri,
Qalxan tutma qılınc vur, ayaqda dur, Türkiyəm!
Ayağa dur, Türkiyəm, ayaqda dur, Türkiyəm!

Dünya bizdən öyrənib axı ədalət nədi,
Türk ölər, amma bilməz yurda xəyanət nədi...
Yeni dünya mizanın qurmaq üçün ver vədi,
Buyur yeni dünya qur, ayaqda dur, Türkiyəm !
Ayağa dur, Türkiyəm, Ayaqda dur, Türkiyəm!

Şəninə tərif deyər Yetim Qacar, usanmaz,
Aya hürən köpəklər görən nədən utanmaz?...
Günəşin qarşısısnda yarasalar dayanmaz,
Günəş səndən alır nur, ayaqda dur, Türkiyəm!
Ayağa dur, Türkiyəm, ayaqda dur, Türkiyəm!





Baxış sayı - 2 429 | Yüklənmə tarixi: 23.07.2015 23:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031