manera.az
manera.az

Kamança istehsalında yeni dövr: Dövlət standartı qəbul edildi

📅 04.09.2026 11:39

Kamança istehsalında yeni dövr: Dövlət standartı qəbul edildi
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 1005:2026 "Milli simli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər" yeni dövlət standartı qəbul edilib.

Manera.az AZSTAND-a istinadən xəbər verir ki, bu dövlət standartının qəbulunda əsas məqsəd xalq musiqisinin solo, ansambl, orkestr ifası və tədris məqsədi üçün nəzərdə tutulan kamança və kamança ailəsinə aid alətlərinin texniki və digər keyfiyyət göstəricilərinin vahid qaydada müəyyənləşdirilməsi, alətlərin istehsalında və qiymətləndirilməsində ümumi yanaşmanın təmin edilməsidir.

Yeni dövlət standartı layihəsi AZSTAND tərəfindən Mədəniyyət Nazirliyinin bazasında təsis edilən "Azərbaycan xalq çalğı alətləri" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 44) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.


Baxış sayı - 762 | Yüklənmə tarixi: 04.09.2026 11:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031