manera.az
manera.az

2027-ci ilin imtahan modeli: hansı dəyişikliklər olacaq?

📅 08.09.2026 13:30


2027-ci ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşmaq üzrədir.

Manera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, proqramlar yaxın günlərdə DİM-in saytında yerləşdiriləcək.

M.Abbaszadə qeyd edib ki, 2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur. Proqramların hazırlanması zamanı DİM-də müvafiq fənlər üzrə fəaliyyət göstərən elmi-metodik seminarlarda orta və ali təhsil müəssisələrinin müəllim və mütəxəssislərinin iştirakı ilə geniş müzakirələr aparılıb.

Bu prosesdə cari tədris ilində ümumtəhsil müəssisələrində istifadə olunan 5-11-ci sinif dərslikləri təhlil edilib. 9 və 11-ci sinif şagirdlərinin əvvəlki illərdə istifadə etdikləri dərsliklərlə hazırda müvafiq siniflərdə istifadə olunan dərsliklər müqayisə olunub. Fənn kurikulumlarının təlim nəticələri və məzmun standartlarının tələblərinə uyğun mövzular müəyyənləşdirilərək proqramlar formalaşdırılıb.

Nəticədə proqramların məzmununda ciddi dəyişiklik edilməyib, yalnız redaktə xarakterli düzəlişlər aparılıb.


Baxış sayı - 21 | Yüklənmə tarixi: 08.09.2026 13:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930