manera.az
manera.az

Akademik Musiqili Teatr yeni mövsümə başlayıb

📅 07.09.2026 08:29


Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 117-ci mövsümün başlanması ilə əlaqədar yaradıcı heyətlə görüş keçirilib.

Teatrdan Manera.az-a bildirilib ki, sənət ocağının direktoru Aqil Bəhramlı ötən mövsümdə görülən işləri sadalamaqla yanaşı, yeni mövsümün bir sıra planlardan söhbət açıb.

"Musiqili Teatrın ötən mövsümündə müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti respublikamızda keçirilən tədbirlərdə, eyni zamanda, xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda iştirak edib. Bu mövsümdə də bir çox maraqlı layihələr həyata keçiriləcək, yeni tamaşalarımızın premyeraları reallaşacaq. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 117-ci mövsümünün rəsmi açılışı 18 Sentyabr — Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası ilə olacaq”, - deyə A.Bəhrəmalı əlavə edib.

Görüşdə Xalq artistləri İlham Namiq Kamal və Afaq Bəşirqızı kollektivə yaradıcılıq uğurları arzulayıblar.


Baxış sayı - 38 | Yüklənmə tarixi: 07.09.2026 08:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930