"Qənirə Paşayevanın adı Iğdırda yaşadılsın" - Jurnalistdən çağırış
![]()
Türkiyədəki Iğdır Azərbaycan Evi Dərnəyinin sədri, jurnalist-yazar Sərdar Ünsal Azərbaycanın Milli Məclisinin sabiq deputatı, Türk dünyasının tanınmış siması Qənirə Paşayevanın adının Iğdırda bir məktəb, kitabxana, küçə və ya prospektə verilməsi ilə bağlı çağırış edib.
Ünsal bildirib ki, həyatını Türk dünyasının birliyinə, Azərbaycan-Türkiyə qardaşlığına həsr edən Qənirə Paşayevanın adı Iğdırda yaşadılmalıdır.
Dərnək sədri qeyd edib ki, Paşayeva Iğdıra dəfələrlə səfər edib və şəhər sakinlərinin böyük sevgisini qazanıb. Onun adının təhsil müəssisəsi və ya kitabxanada əbədiləşdirilməsi gənc nəslə Ganirə Paşayevanın fəaliyyəti və Türk dünyasına xidmətləri barədə məlumat vermək baxımından mühüm addım ola bilər.
Sərdar Ünsal Iğdır valisi Mustafa Fırat Taşolar, AK Parti Iğdır millət vəkili Cantürk Alagöz və şəhərin siyasi rəhbərliyini bu təşəbbüsə dəstək verməyə çağırıb.
O vurğulayıb ki, Qənirə Paşayeva vəfatından illər keçsə də, Türk dünyasının yaddaşında yaşamaqda davam edir və onun adının Iğdırda yaşadılması böyük vəfa nümunəsi olacaq.