manera.az
manera.az

Yazıçı Günel Eyvazlı nəşriyyatla bağlı narazılığını ictimailəşdirib

📅 16.09.2026 11:52



Yazıçı və tədqiqatçı Günel Eyvazlı 2021-ci ildə “Nizami Gəncəvi İli” çərçivəsində nəşr olunan araşdırma kitabı ilə bağlı üzləşdiyi problemi ictimailəşdirib.

Günel Eyvazlı bu barədə şəxsi “Facebook” səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, sözügedən kitab Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması Müsabiqəsindən uğurla keçib və kitabın 100 nüsxəsinin satın alınması nəzərdə tutulub.

Müəllif iddia edir ki, kitabı nəşr edən Sumqayıt şəhərində yerləşən “Azəri Poliqrafiya” nəşriyyatı tərəfindən tələb olunan sənədlər müəyyən edilmiş müddətdə - sentyabrın 10-dək Mədəniyyət Nazirliyinə təqdim edilməyib. Günel Eyvazlının bildirdiyinə görə, Nazirlik məsələ ilə əlaqədar nəşriyyatla dəfələrlə telefon vasitəsilə əlaqə saxlasa da, sənədlərin təqdim olunması təmin edilməyib.

Yazıçı qeyd edib ki, mümkün məktub və bildirişlər barədə ona məlumat verilməsini əvvəlcədən dəfələrlə xahiş etsə də, yaranmış vəziyyətlə bağlı nəşriyyat tərəfindən xəbərdar edilməyib.

Günel Eyvazlı bundan əvvəl üç kitabının həmin nəşriyyatda çap olunduğunu və münasibətlərində belə bir problemlə qarşılaşmadığını vurğulayıb. O, məhz özü üçün mühüm olan bu məsələdə nəşriyyatın münasibətindən narazılığını ifadə edib.

Müəllif hazırda problemin həlli üçün hansı quruma müraciət etməli və kimdən yardım istəməli olduğunu bilmədiyini bildirərək məsələnin ictimailəşdirilməsini istəyib.

P.S. Məsələ ilə bağlı “Azəri Poliqrafiya” nəşriyyatının mövqeyini dərc etməyə hazırıq.

Manera.az


Baxış sayı - 48 | Yüklənmə tarixi: 16.09.2026 11:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930