manera.az
manera.az

Prorektor: ADPU-nun məzunlarından 1163 nəfəri əmək bazarına daxil olub

📅 15.09.2026 17:47

Prorektor: ADPU-nun məzunlarından 1163 nəfəri əmək bazarına daxil olub
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2025-2026-cı tədris ilinin yay semestri 384 tələbənin iştirakı ilə 54 fənn üzrə təşkil olunub. İmtahanlarda iştirak edən 362 tələbədən 287-si müvəffəq, 75-i isə qeyri-müvəffəq qiymət alıb.

ADPU-dan manera.az-a bildirilib ki, bu barədə Elmi şuranın iclasında tədris işləri üzrə prorektor dosent Eldar Aslanov məlumat verib. Prorektor bildirib ki, bu il ADPU-nun bakalavriat səviyyəsini normativ təhsil müddətində 2278 nəfər başa vurub. Onlardan 1040 nəfəri Azərbaycanda magistraturaya qəbul olub, 78 nəfəri isə xaricdə magistratura təhsili üçün müraciət edib. Məzunlardan 1163 nəfəri əmək bazarına daxil olub, 901 nəfər MİQ imtahanında iştirak edib. Onların 805-i, yəni 89 faizi keçid balını toplayaraq seçim etmək hüququ qazanıb.

Yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə məlumat verən prorektor bildirib ki, birinci tədris ili tələbələri üçün məlumatlandırma görüşlərinin dərslərlə paralel olaraq ilk həftə ərzində keçirilməsi, həmçinin universitet rəhbərliyinin tələbələrlə onlayn görüşünün təşkili nəzərdə tutulur. Həmçinin ötən dövrdə magistratura səviyyəsində 40 ixtisaslaşma üzrə təhsil proqramlarının hazırlanaraq təsdiqə təqdim edildiyi diqqətə çatdırılıb.

İclasda eksperimental qrupların yaradılması, yeni ixtisasların açılması istiqamətində işlərin davam etdirilməsi, yeni magistratura ixtisaslaşmalarının yaradılması, “ADPU-2030” strateji planının icrasına diqqətin artırılması, illik iş planlarının Strateji İnkişaf Planına uyğunlaşdırılması, professor-müəllim heyətinin müasir təhsil mühitinin tələblərinə uyğun bacarıqlarının inkişaf etdirilməsi, “Moodle” sistemindən istifadənin genişləndirilməsi, növbəti ilin qəbul planının cari qəbul nəticələrinin təhlili əsasında hazırlanması və yeni ixtisaslar üzrə kadr hazırlığı üçün işçi qrupların fəaliyyətinin gücləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.


Baxış sayı - 17 | Yüklənmə tarixi: 15.09.2026 17:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930