manera.az
manera.az

Ankarada Azərbaycan dili kurslarına yeni qəbul başlayıb

📅 10.09.2026 13:12



Ankarada Azərbaycan dilini öyrənmək və Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq istəyənlər üçün yeni imkan yaradılıb.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Qazi Universitetində təşkil etdiyi Azərbaycan Türkçəsi kurslarına yeni tələbə qəbuluna başlayıb.

Kursların əsas məqsədi Azərbaycan dilinin və mədəniyyətinin təbliği, iştirakçıların Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və milli dəyərləri ilə daha yaxından tanış edilməsidir.

Kursa kimlər müraciət edə bilər?


Kursa ən azı bakalavr təhsili olan və ya hazırda Ankaranın hər hansı universitetində təhsil alan Türkiyə və digər ölkə vətəndaşları müraciət edə bilərlər.

Bundan əlavə, Azərbaycan dilinə, ədəbiyyatına və mədəniyyətinə maraq göstərən, bu istiqamətdə elmi tədqiqat aparan, eləcə də təhsilini Azərbaycan universitetlərində davam etdirmək istəyən şəxslərin müraciətləri də qəbul olunur.

Kurs başlanğıc səviyyəsində və əyani formatda keçiriləcək. Tələbata uyğun olaraq orta səviyyə üzrə ayrıca qrupun yaradılması da nəzərdə tutulur.

Dərslər həftədə iki dəfə təşkil olunacaq. Bununla yanaşı, iştirakçıların danışıq bacarıqlarının inkişaf etdirilməsi və Azərbaycan mədəniyyətini daha yaxından tanımaları məqsədilə həftədə bir dəfə əlavə sərbəst proqramların keçirilməsi planlaşdırılır.

Tədris proqramı 5 ay davam edəcək. Altıncı ay isə imtahan və sertifikatlaşdırmaya ayrılacaq. Kurs iştirakçıları üçün ən azı 80 faiz davamiyyət tələbi müəyyənləşdirilib.

Proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitetinin birgə sertifikatı təqdim ediləcək.

Kurs müddətində tanınmış ziyalılarla görüşlər, Azərbaycan mədəniyyəti və milli dəyərlərinə həsr olunmuş seminarlar, açıq dərslər və müxtəlif mədəni proqramların keçirilməsi də planlaşdırılır.

Müraciət qaydaları


Namizədlərdən aşağıdakı sənədlər tələb olunur:

şəxsiyyət vəsiqəsi;
fotoşəkil;
CV;
niyyət məktubu;
tövsiyə məktubu.


Müraciətlər yalnız PDF formatında elektron poçt vasitəsilə qəbul edilir. Namizədlərin seçimi müsahibə əsasında aparılacaq.


Son müraciət tarixi: 10 oktyabr 2026-cı il
Dərslərin başlanma tarixi: 15 oktyabr 2026-cı il
Qeydiyyat: ödənişsiz


E-poçt: azerbaycandilikurslari@gmail.com
Əlaqə: +90 507 099 88 45


Ünvan: Qazi Universiteti, Hersek Binası, “Azerbaycan Türkçesi Eğitim Ocağı”


Baxış sayı - 57 | Yüklənmə tarixi: 10.09.2026 13:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930