manera.az
manera.az

Türk dünyası arasında əməkdaşlığın inkişafına töhfə

📅 20.08.2026 12:41

Türk dünyası arasında əməkdaşlığın inkişafına töhfə
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın Türk Ağsaqqalları Birliyi tərəfindən diplomla təltif olunması Türkiyənin World Türk kanalında işıqlandırılıb.

Manera.az xəbər verir ki, yayımlanan xəbərdə Zərifə Quliyevanın uzun illər ərzində həyata keçirdiyi ictimai və sosial fəaliyyətlər, milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və cəmiyyətin sosial həyatına verdiyi töhfələr barədə məlumat verilib.

Bildirilib ki, Türk Ağsaqqalları Birliyi tərəfindən təqdim olunan diplom Zərifə Quliyevanın ictimai fəaliyyətinə göstərilən diqqət və yüksək qiymətin ifadəsidir. Onun müxtəlif istiqamətlərdə həyata keçirdiyi layihələr, maarifləndirici təşəbbüsləri, milli-mənəvi dəyərlərin təbliği və onların gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü işlər xüsusi qeyd olunub.

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədrinin Azərbaycan cəmiyyətinin inkişafına, ailə dəyərlərinin qorunmasına, milli-mənəvi irsin yaşadılmasına yönəlmiş fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirdiyi vurğulanıb.

Zərifə Quliyevanın, həmçinin Türk dünyası dövlətləri və xalqları arasında əlaqələrin daha da gücləndirilməsinə töhfə verməyin qarşıdakı fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu qeyd edilib.


Baxış sayı - 62 | Yüklənmə tarixi: 20.08.2026 12:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31