manera.az
manera.az

Beynəlxalq kitab sərgisi olacaq

📅 18.08.2018 10:02

Beynəlxalq kitab sərgisi olacaq
Sentyabrın 1-dən 9-dək Türkiyənin İstanbul şəhərində ərəbdilli kitablardan ibarət beynəlxalq kitab sərgisi açılacaq

Manera.az-ın məlumatına görə, Türkiyə Mətbuat Yayım Peşə Birliyi, Beynəlxalq Ərəbcə Kitab Naşirləri Dərnəyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşacaq sərgi “Yeni bir dünya kəşf et” devizi altında keçiriləcək.

Sərgidə Misir, İordaniya, Suriya, Livan, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Sudan, Mərakeş, İngiltərə, İtaliya, İran və İraqdan olmaqla 200-dən çox nəşriyyat və poliqrafiya şirkətləri təmsil olunacaq. Dördüncü dəfə təşkil olunacaq sərgidə bir sıra görüşlər keçiriləcək, qarışlıqlı əməkdaşlıq əlaqələri qurulacaq, poliqrafiya və nəşriyyat müəssisələrinin maraq dairəsində olan məsələlər müzakirə olunacaq.

MANERA.AZ


Baxış sayı - 1 336 | Yüklənmə tarixi: 18.08.2018 10:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031