manera.az
manera.az

"İçəri şəhər" bədii filminin çəkilişləri yekunlaşır - MANERA.AZ

📅 04.09.2015 11:55

"İçəri şəhər" bədii filminin çəkilişləri yekunlaşır  - MANERA.AZ

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə istehsal olunan "İçəri şəhər" bədii filminin çəkilişləri başa çatmaq üzrədir.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, müasir gənclərin həyatından bəhs edən, dram janrında çəkilmiş "İçəri şəhər" filminin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar.


Baxış sayı - 1 557 | Yüklənmə tarixi: 04.09.2015 11:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031