manera.az
manera.az

“Qaynanamız”ın bayağılığı... - MANERA.AZ

“Qaynanamız”ın bayağılığı...  - MANERA.AZ
Orxan Bahadırsoy yazır...

Azərbaycan tamaşaçısı üçün qaynana obrazı o qədər zərifdir ki, bu obraza toxunmaq cəsarət tələb edir. Biz qaynananı Azərbaycanın gəlmiş-keçmiş ən böyük komediya aktrisası, “Mən xoşbəxtəm ki, mənim Azərbaycan dolusu nəvələrim var” deyən Nəsibə Zeynalova ilə sevmişik. O, özünü Azərbaycan xalqına təkcə ana və nənə kimi deyil, eyni zamanda ən yolagedilməz qaynana kimi də sevdirmişdi. Bizim üçün Nəsibə Zeynalovanın timsalında şirinləşdi, gözəlləşdi bütün qaynanalar. Bu əsl istedadın, əsl sənətkarlığın məhsulu idi.

“Azərbaycanfilm” kinostudiyasının 1978-ci ildə istehsal etdiyi, Məcid Şamxalovun eyniadlı komediyası əsasında Əjdər İbrahimovun və Marqarita Malayevanın ssenariləşdirdiyi, Həsən Seyidzadənin rejissorlu olduğu “Qaynana” filmi hər kəsə tanışdır, tanış olması ilə yanaşı doğmadır. Bu filmin çəkilməsindən 37 il ötür və Azərbaycanın qaynana obrazı - eyni ilə 1937-ci illərin repressiya qurbanları kimi - öz “repressiyasını” yaşayır. Bu “repressiya” isə ATV telekanalında yayımlanan “Qaynanamız” serialı ilə başlayır.

Bu faciədə öz bütün mahiyyətini, anlamını, marağını, əsl insan xarakterini itirən təkcə Nəsibə Zeynalovanın qaynana obrazı deyil. Elə İnarə Quliyevanın (Afət) və Tanilə Əhmərovanın (Sevda) gəlin obrazı da bu “repressiya”nın qurbanı olur, müsbət və mənfi keyfiyyətləri ilə birlikdə bu maraqlı obrazlar “Qaynanamız” serialında o qədər çirkinləşir, eybəcərləşir ki, əgər bu serialı ölkəmizə qonaq gələn hər hansı bir əcnəbi izləsə, o, heç vaxt Azərbaycan xanımını öz ailəsinə gəlin etməyəcək.

Maraqlıdır ki, bu serialın ssenarisini yazanlar süjeti qurarkən hansı marağa xidmət ediblər? Əgər onların marağı qaynana-gəlin konfiliktini, bu münaqişənin səbəblərini və aradan qaldırma üsullarını tamaşaçıya çatdırmaqdırsa, izlədiyim iki bölümdə mən ibrətamiz, insana dərs verən, nəsə öyrədən heç nə görmədim.

Əgər bu serialın məqsədi sırf insanları güldürməyə yönəlibsə, bu da uğurlu alınmayıb. Mən ədəbiyyatın, filmin ideya çatdırma məqsədini qoyuram bir kənara. Deyək ki, bu heyət “bazara işləyib” və sırf güldürmək məqsədi güdən serial çıxarıb ortaya.

Bir gəlinin öz toy günündə dəqiqəbaşı qarnını tutub tualetə getməsi komediyadırmı? Rəqs edəndə ayaqqabılarını göyə tullaması və bu ayaqqabının qaynananın başına dəyməsi komediyadırmı? Gözündə eynəklə, əlində təsbehlə, dilimizə soxuşdurulan rus dili sözləri ilə, yaşlı-başlı qadını belə əzişdirməyə hazır olan qayın (bəyin qaynı) obrazı komediyadırmı?

Gəlinin baldızını bəyin qayınına calayıb, bu baldız obrazını da kişi danışığı, kişi jestləri ilə verib insanları güldürmək məqsədimi güddünüz? Hərəkətləri bu qədər kişisayağı olan qadın homoseksualdır – lezbiyandır. Bir lezbiyan obrazını ərə getmək həsrəti ilə, kişi yanğısı ilə vermək məntiqsizliyin dibidir!

Bütün obrazları sizin üçün bir-bir təhlil etmək niyyətim yoxdur. Onsuz da sizin ədəbiyyat – ssenari, film – obraz, süjet – ideya anlayışınızın bu qədər bəsit, bu qədər bayağı, bu qədər maraqsız, hətta ürəkbulandıran olması bir şeyi sübut edir ki, siz nəinki ciddi sənət məhsulu yaratmağı, heç “bazara işləməyi” də bacarmırsız!

Komediya aktrisası, xalq artisti Afaq Bəşirqızı həmişə Nəsibə Zeynalovanı təkrarlamaq arzusunda olub. Bu “Qaynanamız” serialında oynadığı qaynana rolu da sübut etdi ki, Afaq Bəşirqızı Nəsibə Zeynalovanın bir əsrə yaxındır oturduğu sənət kürsüsünə həsəd aparır. Amma o kürsüyə çatmağı bacarmır...

Nəsibə Zeynalova dediyi bircə “beyquş” sözü ilə bütün tamaşaçı salonunu gülüşə qərq edən aktrisa idi. O, başına ayaqqabı çırpılması ilə, krana çıxıb qışqırması ilə, altında seksual mənalar yatan atmacalarla güldürməyib insanları.

Bu serialın yayımı dayandırılmalıdır. Əgər MTRŞ gözaltı etdiyi ANS telekanalının şüaurı kimi dəqiq, qərəzsiz və vicdanlı işləyirsə, o zaman ATV-da yayımlanan bu serialın da yayımına qadağa qoymalıdır. Çünki serial Azərbaycanın bütün qaynana, gəlin, kürəkən, qayın, baldız, quda obrazlarının təhqir olunması, alçaldılması, bayağılaşdırılmasından qeyri heç bir işə yaramır!

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728