Son 1 il-də ölkəmizdə ard-arda filmlər çəkilib və çəkilməkdə davam edir. Artıq bu sahə də inkişaf yolunu gedir.Bu günlərdə film sektoruna daha bir kino gələcək. "İkinci Pərdə" adlanan tammetrajlı filmin hazırda çəkilişləri gedir.Filmin qurluşçu rejissoru Emil Quliyev , ssenari müəllifi Emil Quliyev və Pərviz Həsənov,operator Dimitri Suvorov,Quruluş və geyim üzrə rəssam: Şahin Həsənli,Cast director: Zaur Şəfiyev,Baş prodüser Orxan Mərdandır.
Yeni filmdə baş rolları,Hikmət Rəhimov,Günay Əhməd,Gorqud Cəfər,Elşən Əsgərovdur.Filmdə digər rolları Rövşən Ağayev,Elşən Hacıbabayev,Gülnarə Abdullayeva,Səbinə Məmmədova,Azər Aydəmir,Zaur Şəfiyev,Ruslan Ağayev,Tural Əhməd,Cəmilə Tağızadə və başqaları ifa edir.
Qeyd edək ki,Filmin rejissoru Emil Quliyev gənc olmasına baxmayaraq “Art Film Baku”nun “Ümid”, “Paradoks”, “Ana üçün ağla” qısametrajlı filmləri beynəlxalq festivallarda mükafata layiq görülüb. Ötən il təqdim etdiyi “Pərdə” tammetrajlı filmi kino mütəxəssisləri və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Turan Etibaroğlu
MANERA.AZ
Baxış sayı - 2 077 |
Yüklənmə tarixi: 11.04.2017 18:54