manera.az
manera.az

“Miniatür sənətində miras və müasirlik” adlı sərgi açılacaq

📅 25.07.2018 14:43

“Miniatür sənətində miras və müasirlik” adlı sərgi açılacaq
İyulun 26-da Milli İncəsənət Muzeyində tanınmış fotoqraf-rəssam Rüstəm Hüseynovun çəkdiyi fotolardan ibarət sərgi açılacaq.

Muzeydən MANERA.AZ-a bildirilib ki, “Miniatür sənətində miras və müasirlik” adlı sərgidə Rüstəm Hüseynovun Azərbaycan miniatür məktəblərinin kompozisiya nailiyyətlərinə əsaslanan, müasir texnikadan istifadə edərək çəkdiyi foto və rəqəmsal incəsənət əsərləri təqdim olunacaq. Layihənin məqsədi dünənki, bugünkü Azərbaycan miniatür sənətinin sərhəd və müxtəlifliyinin təcəssümünü göstərmək, eləcə də müasir rəssamları Azərbaycan mədəni irs ideyasının gələcək inkişafına ilhamlandırmaqdır.

Qeyd edək ki, Milli İncəsənət Muzeyi yalnız müxtəlif klassik miniatür məktəblərinin zəngin kolleksiyalarına deyil, eləcə də miniatür süjet və ənənələri əsasında yaradılan maraqlı dekorativ tətbiqi sənət nümunələrinə sahibdir. Bu nadir bədii əsərlər Azərbaycanın müxtəlif regionlarından olan sənətkarlar nəslinin ideya və nailiyyətlərinin məcmusunu müxtəlif bədii variasiyalarda əks etdirir.


Baxış sayı - 1 267 | Yüklənmə tarixi: 25.07.2018 14:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031