manera.az
manera.az

Gənc rəssamın sərgisi açılacaq MANERA.AZ

📅 27.01.2016 12:04

Gənc rəssamın sərgisi açılacaq MANERA.AZ

Fevralın 9-da Roma Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam Faiq Əhmədin “Dərk etmə nöqtələri” adlı fərdi sərgisi açılacaq.

Sərgidə sənətkarın müxtəlif mövzulu sənət əsərləri sərgilənəcək. Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır. Bundan istifadə edərək Faiq Əhməd xalçaların məşhur dizaynını müasir əsərlərə çevirir.

Qeyd edək ki, gənc rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu, 52-ci Venesiya Biennalesinin, Paris, London, Berlin, Moskva, Dubayda keçirilən beynəlxalq sərgi və festivalların iştirakçısıdır.

Faiq Əhmədin işləri incəsənət tənqidçilərinin rəğbətini qazanıb, onun xalçalarından biri bu yaxınlarda Londonda “Sotheby's” hərracına çıxarılıb.


Baxış sayı - 2 142 | Yüklənmə tarixi: 27.01.2016 12:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930