Osmanlı miniatürləri - rəsm sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Emre İnstitutu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə 28 mart 2018-ci il tarixində, saat 17.00-da, Azərbaycan Milli İncəsənət Muzeyində Osmanlı imperiyasının yaranmasından dağılmasına qədər görkəmli miniatür ustaları tərəfindən çəkilən, fərqli ölçü və formatlarda olan miniatürləri Azərbaycanlı sənətsevərlərə təqdim etmək məqsədi ilə “Tarixi Prosesdə Osmanlı Miniatürləri” adlı rəsm sərgisi keçiriləcəkdir.
Qeyd edək ki, yarandığı vaxtdan etibarən dünya tarixində ən böyük mədəniyyətlərdən biri hesab edilen Osmanlı dövləti mədəniyyəti təkcə tarix və ədəbiyyata deyil, həmçinin mədəniyyət tarixinə də yetişdirdiyi minyatür ustalarıyla mühim töhfələr vermişdir. XV-ci əsrdə başlayan Osmanlı miniatür sənəti, Osmanlı imperiyasının dağılmasından sonra da bəzi miniatürçü sənətkarlar tərəfindən öz nüfuz və mövcudluğunu davam etdirmişdir.
Sərgi 30 mart tarixinə qədər açıq qalacaqdır.
Bütün sənətsevərlər dəvətlidir. 