manera.az
manera.az

“ Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi” adlı layihə icra olunur

“ Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi” adlı layihə icra olunur


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə
"Peşəyönümlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyi tərəfindən “ Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi” adlı layihə icra olunur

Artıq bir aydan çoxdur ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsinin qalibi olmuş “ Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi” adlı layihə "Peşəyönümlü təhsilin inkişafına yardım" İctimai Birliyi tərəfindən tərəfindən icra edilməyə başlanılılıb.

Peşəyönümü işi gənc nəslin təlim-tərbiyə sistemində mühüm yer tutan problemlərdəndir. Bu problem daima təhsil siteminin diqqət mərkəzində olmuşdur. Lakin son zamanlar bu işə diqqət azalmışıdr. Əvvəllər (20 il öncə) məktəblərdə peşəseçimi adlı fənn tədris edilirdi. Bütün bu amillər problemin aktuallığını göstərir.

Gənclərlə peşəyönümü istiqamətində işlərin təşkili düzgün peşə seçimi üçün, onların potensial və qabiliyyətinə uyğun peşələrin seçilməsi üçün, ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq aktual peşələrin seçilməsi üçün çox vacibdir. Bu məsələ ölkənin təhsil siyasətinin, iqtisadi siyasətinin, məşğulluq siyasətinin, demoqrafik siyasətinin, gənclər siyasətinin mühüm istiqamətlərindən biridir. Bu məsələ eyni zamanda gələcəkdə ölkənin məşğulluq probleminin həllində, gənclərlə əlavə təhsilin təşkilində də əhəmiyyət kəsb edir. Məlum olduğu kimi İKT sektoru Azərbaycanda prioritet sahə olub, qeyri-neft sektorunun inkişafında mühüm rola malikdir. Lakin İKT sektoru digər texniki sahələr kimi insan kapitalının inkişafından çox asılıdır. Bu sahədə Azərbaycanda peşəkar kadrlara ehtiyac var, gələcəkdə belə kadrlara daha da böyük ehtiyac olacaqdır. Bu səbəbdən İT sahəsinə gəncləri yönəltmək məqsədəuyğundur.

Layihənin ilkin mərhələsində məqsəd ölkənin əmək bazarında İT sahəsi üzrə hal-hazırda tələb olunan peşələrin siyahısını müəyyən etməkdir.

Manera.az








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31