manera.az
manera.az

Məktəblilərin şəhərin təmizliyində rolu

📅 30.08.2016 16:30

Məktəblilərin şəhərin təmizliyində rolu
İsmayıllı Rayon Tarix-diyarşünaslıq muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi şurası və “Energetika və Ekologiya” Maarifçilik ictimai birliyinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Manera.az xəbər verir ki, tədbir “Məktəblərin və Uşaq Yaradıcılıq Dərnəklərinin şəhərin təmizliyində rolu” layihəsinə əsasən təşkil olunmuşdur.

Maarifləndirmə təlimi missiyası daşıyan tədbiri giriş nitqi ilə açan “Energetika və Ekologiya” maarifçilik ictimai birliyinin sədri Vaqif Əliyev tədbirin mahiyyəti barədə geniş və ətraflı məlumat verib. O, çıxışı zamanı mövcud təhlükəli sənaye tullantıları, onların insan orqanizminə təsiri və bu tullantıların zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər haqqında geniş məlumat verib.

Ardınca toplantı iştirakçılarının fikirləri dinlənilib. Ekoloji problemlərin həlli yolları müzakirə edilib. Müzakirə iştirakçıları mövzunun aktuallığını qeyd edib, konkret təkliflər irəli sürüblər. «Dəyirmi masa» iştirakçılarının təklifi ilə bu cür maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi məqsədəuyğun hesab edilib.

Sonda rayon məktəblilərinə ekologiyanın çirkləndirilməməyi üçün təşkil olunmuş maarifləndirmə məqsədi daşıyan video film nümayiş etdirilib.

Elnarə Qasımova




Baxış sayı - 1 582 | Yüklənmə tarixi: 30.08.2016 16:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031