manera.az
manera.az

“Viruslu Hepatit Hökm Deyil” tədbiri keçirilib

📅 23.11.2017 18:12

 “Viruslu Hepatit Hökm Deyil” tədbiri keçirilib
Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai nəzarət mexanizmləri vasitəsilə viruslu hepatitlərlə effektiv mübarizə yollarının müzakirəsi” layihəsi çərçivəsində “Viruslu Hepatit Hökm Deyil!” adlı tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbiri giriş sözləri ilə açan "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri Ziba Nəbiyeva bildirib ki, layihə çərçivəsində 5000-cən flayer hazırlanmışdır: “Perspektivdə layihənin davamlılığını təmin etmək üçün 2018-ci ildə bu flayerlərin təhsil ocaqlarında paylanması və bir sıra digər tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur. Layihə sonu keçirdiyimiz bu tədbirdə isə viruslu hepatitlərlə effektiv mübarizə yolu kimi nikahdan əvvəl icbari tibbi müayinə siyahısına Hepatit B və Hepatit C daxil edilməsi və bu xəstəliyin müalicəsində 90% sağalma nəticələri verən ÜST tərəfindən tövsiyə edilən yeni müalicə metodlarının dövlət proqramı çərçivəsində tətbiq edilən müalicə sxemlərinə tədricən daxil edilməsi təklifləri ictimai müzakirə mövzusu oldu”.

Tədbirdə ölkəmizdə viruslu hepatitlərə yoluxan xəstələrin statistikası ilə bağlı araşdırma nəticələri slaydlar və statistik qrafiklər şəklində təqdim olundu. Bu göstəricilər və digər yuxarıda qeyd olunan mövzular geniş formatda müzakirə edilib.
 “Viruslu Hepatit Hökm Deyil” tədbiri keçirilib
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının sosial qanunvericilik şöbəsinin müdiri, professor Adilə Abbasova, AR İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Müqalib Mahmudov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Sahibə Fərəcova, QHT-ə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov çıxış ediblər. Onlar belə bir layihənin həyata keçirilməsinin mühümlüyünü və dövlətimizin yoluxucu xəstəliklər ilə mübarizədə sosial yönümlü siyasətini diqqətə çatdırıblar.

Daha sonra ictimai müzakirə mövzuları ilə bağlı “Azərbaycan Diabet Liqasının” sədrı Sultanova Yeganə, “Hemofiliyalı Xəstələr” İB-nın sədri Gülnarə Hüseynova, MQF idarə heyətinin sədri Qorxmaz İbrahimli, “Hippokrat Tibb Cəmiyyətinin” təsisçisi Mayil Tagiyev, “Leykemiya ilə Mübarizə İB”-nın sədri Mehriban Bağırova, “Sağlamlığa Xidmət” İB-nın sədri Elçin Muxtarlı, ”Azərbaycan qastroenteroloqlar və hepotoloqlar” İB-nın sədri Gülnarə Ağayeva, “Azərbaycan Bariatrik və Metobolik Cərrahlar Assosiasiyasının” sədri Taryel Ömərov, “Rinologiyanın İnkişafına Dəstək” İB-nın sədri Məzahir Guliyev, həkim mütəxəssislər Hicran Xıdırova, Ülviyyə Məmmədova, Aytən İsmayılzadə, Vasif İsmayıl, Faiq Məmmədzadə və digərləri öz fikirlərini bildiriblər.

Nəticə etibarilə, tədbirdə fikir mübadiləsində əldə edilmiş konstruktiv təkliflər uyğun dövlət qurumlarına göndəriləcək.


Baxış sayı - 1 763 | Yüklənmə tarixi: 23.11.2017 18:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031