manera.az
manera.az

Eynşteynin məşuqəsi - FOTO | MANERA.AZ

Eynşteynin məşuqəsi -   FOTO | MANERA.AZ
manera.az

EYNŞTEYNİN MƏŞUQƏSİ RUS AGENTİ OLUB



Marqarita Konenkova ondan aldığı məlumatları
sovet kəşfiyyatına ötürürmüş


Yəqin ki, Eynşteynin dilini çıxarmış vəziyyətdə unikal fotosunu görmüsünüz. Düzdür, o, həmin şəkildə dilini əyləşdiyi avtomobilin ətrafından çəkilməyən jurnalist və fotoreportyorlara çıxarır. Amma məcazi mənada götürsək, uzun dilini Amerikaya çıxarır. Çünki atom bombası barədəki sirləri SSRİ-yə ötürmüşdü. Özü də məşuqəsi Marqarita vasitəsilə.
Eynşteynin məşuqəsi -   FOTO | MANERA.AZ
Albert Eynşteyn qadınlara qarşı laqeyd olmayıb. Lakin fikri-zikri əsasən elmi araşdırmalarının yanında qaldığından, qadınlarla vaxt keçirməyə imkan olmayıb. Həm də dahilərin gəzdiyi qadınlar o qədər unikal olmalıdır ki, həyatlarını bağlaya bilsinlər. Bİr növ belə qadınlar həm də “muza” rolunu oynamalıdır. Eynşteynin həyatını qələmə alan Filipp Frank yazır ki, Eynşteyn həmişə tək olmağı sevib. Hətta tələbələri və ailəsi arasında da təkliyi xoşlayarmış. Yalnız bir qadından başqa. Həmin qadın SSRİ-də görkəmli heykəltəraş Konenkovun həyat yoldaşı Marqarita Konenkova idi.

Geniş ictimaiyyət bu əlaqələr barədə 1998-ci ildə bildi. Məhz həmin ildə Nyu-Yorkun “Sotbis” auksionunda Eynşteynin 1945-46-cı illərdə Marqaritaya yazdığı məktublar satışa çıxarıldı. Bir neçə məktubda fizik ona işdən sonrakı həyatından yazırmış. Özü də elə yumor hissi ilə yazıb ki, auksionda olanlar bir xeyli gülüb. Amma sonradan araşdırma nəticəsində məlum olacaqdı ki, belə komik məktublarda gizli şifrələr varmış. Həm də bu məktublardan hiss olunub ki, Eynşteyn Marqaritaya qarşı rəğbət və sevgisini gizlətməyib.
O illər NKVD-də general-leytenant olan Pavel Sudoplatov “Xüsusi əməliyyatlar. Lubyanka və Kreml. 1930-1950-ci illər” kitabında yazır: “Görkəmli heykəltaraş Konenkovun arvadı, Liza Zarubinanın rəhbərliyi altında fəaliyyət göstərən bizim etibarlı agentimiz dünyanın məşhur fizikləri Oppenheymer və Eynşteynlə Pristonda yaxınlıq əldə etdi”.

Liza Zarubina NKVD-nin ən qiymətli əməkdaşlarından biri hesab olunub. Kitabdan məlum olur ki, Zarubina Marqarita Konenkovanı Eynşteynə yaxınlaşdırıb. Daha doğrusu ona yaxınlaşdırmaq yolunda bütün vasitələrdən istifadə edib. Məqsəd aydın idi. Həmin illərdə nüvə silahı üzərində gizli işlər gedirdi və Eynşteynin hər sözü qızıla bərabər sayılırdı. Albertlə əməkdaşlığa nail olunsaydı, dünya bir qütbdən ibarət olmayacqdı. Amerikanın - fiziklərin içində əsas ümidi Eynşteynə idi. Yalnız pırpızbaş kişi ABŞ-ı dünyanın ağası edə bilərdi.

Beriya neçəillik təcrübəsindən bilirdi ki, ən möhkəm və soyuqqanlı kişilərin dili yataqda sakit dayanmır. Albert elə insan idi ki, ondan - qorxutmaqla, yaxud ölüm təhdidi ilə izləməklə sirr almaq mümkün deyildi. Ona görə də sirlərin açılması üçün əsas rol sevimli bir qadının üzərinə düşürdü. O da gözəl və şirindilli Marqarita Konenkova ola bilərdi.

Konenkovlar ailəsi hələ 1923-cü ildə Nyu-Yorkda təşkil olunan sərgidə iştirak etmək üçün Nyu-Yorka getmişdilər. Burada sovet incəsənət günləri keçirilirdi. Ailə geri qayıtmayaraq orada qalmağa üstünlük verib. Bununla da ABŞ-da 20 il yaşayıblar. Bəzi ehtimallara görə okeanın o tayında məskunlaşmağı sovet kəşfiyyatı təhrik edib. Gizli tapşırıq məhz orada qalmaqla yerinə yetirilə bilərmiş.

Bir neçə il Amerikada yaşayandan sonra Nyu-Yorkdakı rezidentlər tərəfindən Marqaritaya tapşırıqlar verilib. 1935-ci ildə isə həmin tapşırıqlardan biri Eynşteynə yaxınlaşmaq olub. Bəs bu qadın sovet kəşfiyyatının diqqətini necə cəlb edib?

Marqarita İvanovna Vorontsova hüquq kurslarında təhsil alıb. O, hələ qızlıq çağlarında gününü məşhur opera müğənnisi Şalyapingildə keçirərmiş. Onu ilk dəfə NKVD-nin zabiti Pastelnyak müşahidə edir və anlayır ki, bu qızdan istifadə etmək olar. Zabit Pastelnyak onun necə gözəl və şirindilli olmasını sezib. Həmin illərdə Lavrenti Beriya öz işçilərinin etibarlılığını öyrənmək məqsədilə “ştatdankənar qadınlar”a təlimat verərək onlardan söz almaq məqsədilə məşuqələrinə çevirtdirərmiş. Marqarita belə iş üçün yaxşı yarayıb. O, əvvəlcə bəzi yüksək rütbəli NKVD əməkdaşları ilə sevgili olub. Beləliklə, nəinki Eynşteynin məşuqəsi rolunda çıxış edib, həm də bəzi zabitlərin sevgilisi kimi onlardan söz alarmış. Onun hətta Raxmaninov və Şalyapinlə də sevgi məcarasının olması barədə yaxın illərdə məlumatlar üzə çıxıb. Bir sözlə bu qadın bir neçə cəhbəyə işləməklə, bütün məlumatları NKVD-yə ötürər, ordan da Beriyanın masasının üstünə qoyularmış. Onun heykəltaraş əri isə arvadının harada işləməsi və hansı işlə məşğul olması barədə məlumatı təsəvvürü belə olmayıb. Çünki Marqarita çox ehtiyatla hərəkət edərmiş.
Eynşteynin məşuqəsi -   FOTO | MANERA.AZ
Albert Eynşteynlə Marqarita Konenkova konkret olaraq 1935-cu ildə tanış olublar. Bu o dövrə düşürdü ki, alimlər atom bombasını hazırlamağa başlamışdılar. Marqaritaya başa salınıb ki, bütün ölkənin təhlükəsizliyi üçün Eynşteyndən məlumat almalıdır. Əks halda SSRİ adlı dövlətin varlığı şübhə altına düşəcək. Sovet adamları isə atom bombasının atılması nəticəsində yanın külə dönəcək.

Marqarita Albertlə tanışlıq, onunla yataq həyatı keçirmək və nəhayət, atom bombasına dair məlumatları almaq üçün bütün istedadını işə salıb. Dahi fizikin qəlbində isə bu rus qadınına qarşı rəğbət oyanıb. Onlar hərdən görüşər və məktublaşıblar. Tarixçilər hesab edir ki, Eynşteynin atom bombası barədə məlumatı ötürməsi məktubların birində dolayı yolla anlaşılır. Həmin məktubda Albert yazır ki, “həkim ona yaxşı hava qəbul etməyi məsləhət görüb. Çox güman ki, Saranak-Leyk şəhərinə gedəcək”. Marqarita başa düşür ki, Albert vacib məlumatı vermək üçün onu həmin şəhərə dəvət edir. O, ərindən icazə istəyəndə, həyat yoldaşı deyir ki, “get dincəl”. Arvadından şübhələnməyən əri onun hara getməsi ilə çox da maraqlanmayıb. Güman edilir ki, məhz həmin şəhərdə baş tutan görüşdən sonra atom bombasının sxemləri Marqaritaya verilib. Qadının həmin məlumatları necə olursa-olsun alması, ABŞ-ın Naqasaki və Xirosimaya atdığı atom bombasından sonra daha da əhəmiyyətli olmuşdu.
Eynşteynin məşuqəsi -   FOTO | MANERA.AZ
1945-ci ilin iyulun 16-da Amerikanın Nyu-Meksiko ştatında ilk dəfə atom bombasının sınağı həyata keçirildi. NKVD-nin Nyu-York rezidentliyi bu barədə iki həftə əvvəldən Moskvaya xəbər vermişdi. Stalin 1945-ci ilin avqustun 18-də SSRİ-də atom bombasının istehsal olunmasına dair sərəncam imzaladı. Bu iş Beriyaya tapşırıldı. Amma istər Amerikadan, istərsə də Almaniyadan oğurlanan sxemlər atom bombasının tam istehsalına imkan vermirdi. Təcili tədbirlər görmək lazım idi. Marqarita Konenkovaya göstəriş verildi ki, Albert Eynştyenlə bir də görüşməli və hansı yolla olursa-olsun sxemləri ondan almalıdır.

Marqarita bütün sovet adamları üçün vacib sayılan görüşə getdi. Sadə adamlar gözlənilən təhlükədən xəbərsiz idi. Bu görüşün nə qədər əhəmiyyətli olmasını kəşfiyyat orqanları yaxşı bilirdi. Marqarita həmin görüşdə Albertdən SSRİ-yə kömək etməsini diləyib.
Bəs, Eynşteyn Sovetlər Birliyinə kömək edibmi? Möcüzə nəticəsində Eynşteynin Marqaritaya yazdığı məktublardan biri üzə çıxır. Orada yazılır ki, “çətinliklə də olsa tapşırığı yerinə yetirdim”. Söhbət hansı tapşırıqdan gedir, bilinmir. Çox güman ki, Albert tapşırığa həkiminin təmiz hava almasını məsləhət bildiyi Saranak-Leyk şəhərində əməl edir.

Deyilənə görə Albert Eynşteynin SSRİ-yə kömək etməsinin bir neçə səbəbi var. Birincisi, Eynşteyn atom bombasını yaratdığına görə sonralar çox peşman olubmuş. İkincisi, Amerikanın Yaponiyanın iki şəhərinə belə bombadan atması, onu düşünməyə vadar edib. Fikirləşib ki, bu bomba təkcə Amerikada olarsa, xoşuna gəlməyən istənilən ölkə təhlükəyə məruz qalacaq. Amma atomdan ikinci super dövlətdə olsa, nisbətən tarazlıq yaranar. Eynşteyn ABŞ-ın Naqasaki və Xirosimaya atdığı bombadan sonra gərgin anlar yaşayıb. Deməli, cin butulkadan çıxmışdı və Amerikanı dayandırmaq lazım idi. Nəticədə, qərara alıb ki, bütün sxemləri Marqaritaya verməlidir. Almaniyadan oğurlanan, eləcə də Albert Eynşteynin verdiyi sxemlər əsasında sovet atom bombası yaradıldı. Dünyada, tarazlıq bərpa edildi, o bombadan bir daha istifadə edilmədi.

Müharibədən sonra isə onlar ayrılıblar. Görünür, tapşırığı yerinə yetirdiyinə görə Marqaritanın ABŞ-da qalması həyatına təhlükə yarada bilərdi.
1946-cı ildə fizik Pyotr Kapitsa Eynşteynə məktub yazaraq SSRİ-yə dəvət etdi. Bu məktub Amerikanın xüsusi xidmət orqanlarını hərəkətə gətirdi, onlar fizikin əlaqə saxladığı adamların hamısını yoxlayırlar. Ancaq Marqarita barədə şübhələnmədilər.
Eynşteynin məşuqəsi -   FOTO | MANERA.AZ
Sonralar əmr olundu ki, Marqarita Konenkovanın arxivi məhv edilsin. Həm də ölümündən əvvəl özü də bəzi məlumatların məhv edilməsini istəyib. Bir neçə məktub isə möcüzə nəticəsində bu dövrümüzə qədər gəlib çıxıb. O, ərindən də, sevgilisi Albertdən də çox ömür sürdü. 1980-ci ildə uzun sürən xəstəlikdən sonra Moskvada vəfat etdi. Onun tabutunu qəbiristanlığa qədər müşayiət edən sadə adamlar bilmirdi ki, bu qadın iki super gücün tarazlıq məsələsində və planetin xilas edilməsində böyük rol oynayıb.

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031