manera.az
manera.az

Əsirlər nə üçün qaçırdı onları güllələsinlər? - FAKT -MANERA

Əsirlər nə üçün qaçırdı onları güllələsinlər? - FAKT -MANERA
Manera.az Azər Qismətin yazısını təqdim edir:


Qan damcıları gözlərinə dolsa da,
ağrıdan qışqırmağa icazə verilmirdi...


Dünyada bir sıra ilklərin vətəni Amerika olub. Elə ilk ölüm düşərgəsinin yaradılması ideyası və tətbiqi də bu ölkəyə məxsusdur. Birinci düşərgə ölkənin şimalında yaradılıb. Ona görə ki, Şimalla Cənub arasında vətəndaş müharibəsinin başlaması, belə bir ideyanın yaranması ilə nəticələnib. Avraam Linkolnun tərəfdarları heç də Ceferson Devisin tərəfdarlarından az zorakılıqlar göstərməyib. Onların hər ikisi düşərgə yaratmışdı.
Əsirlər nə üçün qaçırdı onları güllələsinlər? - FAKT -MANERA
Cənublular “Andersonvill”, şimallılar isə “Duqlas” adlı düşərgə yaratmaqla, tarixdə öz qanlı izlərini qoyublar. Bu düşərgələrdə nələrin baş verməsi barədə 130 il danışılmayıb. Yalnız 20-ci əsrin sonlarında tarixçilər araşdırma aparmağı qərara alıblar. Daha doğrusu ötən minilliyin sonunda tarixçilərə icazə verilib ki, arxivlərdən istifadə edə bilərlər. Əsasən “Duqlas” düşərgəsinə dair xeyli sənədlər aşkar edilib. Araşdırmalara əsasən məlum olub ki, “Duqlas” düşərgəsi 1862-ci ildə, Çikaqodan bir qədər aralıda Miçiqan gölünün yaxınlığında salınıb. Düşərgədə əsasən konfederasiya tərəfdarı olan əsgər və zabitlər saxlanılıb. Burada həmçinin cənubdan olan sıravi vətəndaşlar da varmış. Onların saxlama şəraiti çox dəhşətli olub. Analitik.az bu düşərgədə baş verənlərin bir qismini təqdim edir.


Əsirlər nə üçün qaçırdı onları güllələsinlər? - FAKT -MANERA

Bəzən nəzarətçilər saxlananlara çatası yeməkləri əllərindən alar, ərzaqları kənarda satarmışlar. Nəticədə minlərlə məhbus aclığa məruz qalıb. Bundan başqa əsirlər heç bir şəraiti olmayan çadırlarda yaşayıblar. Qışda isə minlərlə adam soyuqdan donaraq ölüb. Bu dəhşətləri görənlərin öz nəvə-nəticələrinə danışdıqlarına əsasən, düşərgədən qaçmaq istəyənləri tüfənglərin xəncəri ilə öldürərmişlər. Daxili qaydalara əməl etməyənlər isə işgəncə ilə döyülər, yaxud qarın üstündə saatlarla oturulmağa məcbur edilərmişlər. Bəzən bir ayağı üstə qarda saatlarla saxlanan məhbusların ayaqları qanqrenaya məruz qalarmış. Ona görə də ayaqları çürüməkdən ölənlərin sayı hər gün artırmış. Heç qanqrenalı xəstələrə yardım etmək barədə düşünən də olmayıb. Halbuki, düşərgədə həkim var imiş.

Əsirlər nə üçün qaçırdı onları güllələsinlər? - FAKT -MANERA

Nəzarətçilər məhbusların hər hərəkətini izləyərmiş. Kiçik qayda pozuntusuna görə tez-tez cavab vermək lazım gəlib. Məhbusları başı üstə dayanmağa məcbur edərmişlər. Burundan qan açılmayana qədər saatlarla belə vəziyyətdə durmağa məcbur ediliblər. Qan damcıları gözlərinə dolsa da, ağrıdan qışqırmağa icazə verilmirdi. “Duqlas” düşərgəsində bəzən özlərini yaxşı aparmayan 30-40 məhbusu kiçik otağa yığarmışlar. Burada nəfəs almaq mümkün deyilmiş. Adamlar demək olar ki, bir-birinin üstündə yatırmış. Nəzarətçilər tez-tez cəza üsullarını dəyişməklə, öz aləmlərində “rəngarəngliyə” üstünlük veriblər. Məsələn, bir tirdən məhbusu qolundan asmaqla, ayaqlarına qumla dolu vedrələr bağlayarmışılar. Məhbus huşunu itirənə qədər oradan asılı vəziyyətdə qalarmış.

“Duqlas” düşərgəsində neçə məhbusun qalması barədə qeydlər aparılmayıb. Araşdırmalardan məlum olub ki, minlərlə itkin düşmüş konfederasiya tərəfdarı məhz orada ölüb, yaxud qətlə yetirilib. Ölənlərin basdırıldığı yerlərdən çox az nişanə qalıb. Əksəriyyətinin məzarı tapılmadığından ehtimallar bundan ibarət olub ki, ya onları yandırıblar, ya da çox dərində basdırıblar. Tarixi araşdırmalar onu deməyə əsas verib ki, 12 min məhbus 1862 və 1863-cü ilin qışını burada keçirib. Həmin illərin qışında temperatur -1-dən aşağı olub. 1 400 nəfərdən 1 700-ə qədər məhbus ölüb. Onların 615 nəfəri düşərgədən aralıdakı məzarlıqda basdırılıb. Digər 700-1000 nəfərin basdırıldığı yer barədə isə məlumat yoxdur.

O illərdə konfederasiya tərəfdarlarının basdırıldığı yerlər çox axtarılıb. Məsələn, 1 dekabr 1866-cı ilə qədər 1 402 qəbir tapılıb. Amma bir fərziyyə də var ki, ölənlərin sayı 2 968 nəfər olub. Ümumilikdə isə düşərgədə 6 minə yaxın məhbusun ölməsi barədə öz fikrini əsaslandıran tarixçilər də az deyil. Amerikanın Cənubunun təşkil etdiyi “Andersonvill” düşərgəsinə gəlincə, orada da ölüm halları çox olub. Həmin düşərgə “Duqlas”dan gec yaradılıb – 1864-ci ilin martında. Burada məhbuslara qarşı olan dəhşətlər Şimal düşərgəsindəki vəhşilikləri ötüb keçib. O illərin bir hərbi əsiri öz xatirələrində burada insan sıxlığından nəfəs almağa yerin tapılmamasını yazıb: “Alma atılsaydı, yerə düşməzdi”. Adamların əl-ayaqları çürüsə də, onlara tibbi dərmanlar verilməyib. Qaçmaq istəyənləri isə yerində güllələyiblər. Bəzən adamlar qəsdən qaçmaq istəyiblər ki, güllələnsinlər. Və bu əzabdan canları qurtarsın.

Əsirlər nə üçün qaçırdı onları güllələsinlər? - FAKT -MANERA
Vətəndaş müharibəsinin bitməsindən sonra “Andersonvill” düşərgəsinin komendantı kapitan Henri Virts hərbi əsirlərin həyatına təhlükə törətmək maddəsi ilə ittiham olunub. Əsirlər onun əleyhinə çoxsaylı ifadələrlə çıxış ediblər. 1865-ci ilin noyabrın 10-da Virts edam edilib. Amma çoxları belə düşünüb ki, kapitan yalnız əmrləri yerinə yetirirmiş. Düşərgənin tibb bacısı Karla Barton və keçmiş hərbi əsir Dorens Etvoter əsirlərin basdırıldığı yerləri göstəriblər. Həmin məzarlıq düşərgənin yaxınlığında olub. Hökumət o yerə “Hərbi məzarlıq” adı verib.

“Duqlas” düşərgəsində əzabla ölən, yaxud öldürülən əsirlərin şərəfinə abidə ucaldılıb. Həmin abidə 1895-ci ildən indiyə qədər hələ də qalmaqdadır. Amma illər keçsə də, Amerika düşərgələrində əsirlərə necə işgəncələrin verilməsi unudulmur. /Analitik.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031