TDT-nin yeni Baş katibi təyin edilib

Türk Dövlətləri Təşkilatının (TDT) yeni Baş katibi Mirvoxid Azimov olub.
Manera.az xəbər verir ki, təyinat oktyabrın 30-da Ankarada keçirilən TDT-nin 13-cü Zirvə Görüşündə təsdiqlənib.
Özbəkistanı təmsil edən Mirvoxid Azimov bundan əvvəl TDT Baş katibinin müavini vəzifəsində çalışıb. O, bu postda Kubanıçbek Ömürəliyevi əvəz edəcək.