Xalq şairinin yubileyi Lənkəranda qeyd olunub

Sabir Rüstəmxanlının 80 illik yubileyi Lənkəranda qeyd olunub.
31 oktyabr 2026-cı il tarixində AYB Lənkəran Bölməsində Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş “Dünənlə sabahın körpüsü mənəm” adlı tədbir keçirilib.
Manera.az xəbər verir ki, tədbirdə bölgə yazarları, ziyalılar, elm xadimləri, gənclər, şagird və tələbələr iştirak ediblər.
Tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına və Türk dünyasına verdiyi töhfələrdən bəhs olunub. Çıxış edənlər Sabir Rüstəmxanlının zəngin ədəbi irsini və ictimai fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonda şairin yaradıcılığından nümunələr səsləndirilib, xatirə şəkilləri çəkdirilib.