manera.az
manera.az

“23 saat 43 dəqiqə” kitabı işıq üzü görüb

📅 31.10.2026 18:27

“23 saat 43 dəqiqə” kitabı işıq üzü görüb

Yazıçı Varisin 2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş antiterror əməliyyatına həsr olunan “23 saat 43 dəqiqə” adlı kitabı nəşr olunub.

Manera.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında çap olunan 528 səhifəlik kitab “Heç kəs unudulmur, heç nə yaddan çıxmır!” altbaşlığı ilə təqdim edilib.

Üç fəsildən ibarət nəşrdə 19–20 sentyabr 2023-cü il tarixlərində keçirilmiş antiterror əməliyyatının səbəbləri, gedişi və nəticələri, eləcə də həmin dövrün hərbi-siyasi prosesləri əks olunub.

Kitabın diqqətçəkən bölmələrindən biri əməliyyat zamanı şəhid olmuş 52 hərbçinin həyat hekayələrinə həsr edilib. Bu bölmədə şəhidlərin ailə üzvləri – valideynləri, bacı-qardaşları, həyat yoldaşları və övladları onların həyat tarixçələrini təqdim ediblər.

Nəşr Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi layihə əsasında hazırlanıb.

Kitabın baş rəyçisi Cəlil Xəlilov, redaktorları Əkbər Qoşalı və İntiqam Yaşar, naşiri isə Akif Şahbazovdur.


Baxış sayı - 45 | Yüklənmə tarixi: 31.10.2026 18:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30