manera.az
manera.az

Azərbaycan ədəbiyyatında qadın... - Müzakirə

📅 17.04.2018 23:09


Azərbaycan ədəbiyyatında qadın... - Müzakirə
17 aprel 2018-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində “Kitab Evi” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı və müasir qadın” mövzu-sunda ədəbi müzakirə keçirilib

Manera.az xəbər verir ki, tədbiri giriş sözü ilə Birliyin sədri filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Adilə Nəzərova açıb. O XIX əsrdən bugünədək Azərbaycan ədəbiyyatındakı qadın obrazlarını müqayisə edərək dövlət qurumlarının və vətəndaş cəmiyyətinin düzgün prinsiplər əsasında fəaliyyətinin qadınların həyat tərzlərinə, bilavasitə ədəbi obrazına təsirindən danışıb.

Tədbirdə Azərbaycan ədəbiyyatında qadın obrazları; Sovet dövrü qadını və müasir qadın; şərəf, heysiyyət və qadınlıq; müasir Azərbaycan qadınının uğuru və uğursuzluğu; savadlı və savadsız qadın və s. mövzuların işlənmə dərəcəsi və səviyyəsi, həmin əsərlərin təbliği səviyyəsi müzakirə olunub.

Müzakirədə bir sıra alimlər, jurnalistlər, tənqidçilər, yazıçı və şairlər iştirak ediblər.

Tənqidçi, publisist, filoloq-alim Məti Osmanoğlu, filosof-alim Eliza İsmayılova, filologiya elmləri doktoru Elnarə Akimova, tənqidçi, publisist Azər Turan, akademik Hümeyir Əhmədov, yazıçı Səfər Alışarlı, Gülnar Əhməd, Xəyalə Murad, Aləm Kəngərli, filoloq-alim Nizami Muradoğlu, şair-tərcüməçi İbrahim İlyaslı, şair-esseist Fərid Hüseyn, şairlər İlqar Türkoğlu, Mübariz Məsimoğlu, İnqilab Orxan və dəyərli ziyalı Tağı Əhmədov çıxışlarında Azərbaycan ədəbiyyatında Dədə Qorquddan üzü bəri Burlaxatun, Banıçiçək, Selcan xatun və digər obrazların timsalında əksər hallarda qadın statusunun yüksəkdə tutulduğunu qeyd etdilər. Onlar müasir Azərbaycan ədəbiyyatında haqlı olaraq - Qarabağ məsələsi ilə bağlı yazılan əsərlərin çoxluq təşkil etdiyini, bu əsərlərdə müasir qadın obrazlarının çoxunun oxşar taleli- müharibə qadını kimi işləndiyini vurğulayıblar.

Azərbaycan ədəbiyyatında qadın... - Müzakirə

Müzakirəyə qoşulan qələm adamları qadınların durumuna, həyat tərzi-nə geniş aspektdən yanaşaraq Azərbaycan qadınının yüksək düşüncə tərzi-ni, dünyagörüşünü təsvir edən əsərləri nümunə göstəriblər. Müstəqillik döv-ründə ictimai-siyasi dəyişikliklər nəticəsində Avropa mədəniyyətinin ictimai mühitə, xüsusilə qadınların dünyagörüşünə, həyat tərzinə təsir etdiyini –passivlik¬dən aktivliyə doğru inkişaf edən qadınların bəzi sahələrdə daha ön plana çıxdıqları¬nı, bunun da mənfi və müsbət tərəflərinin ədəbiyyata yansımasını vurğulanıb.

Müzakirənin sonunda A.Nəzərova bildirib ki, diqqəti bu problemə yönəltməkdə məqsəd Azərbaycan qadının uğurunun və uğursuzluğunun səbəblərini açan əsərlərə ehtiyac olduğuna diqqəti cəlb etməkdi.


Baxış sayı - 4 583 | Yüklənmə tarixi: 17.04.2018 23:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031