manera.az
manera.az

Adilə Nəzərlə yaradıcılıq görüşü keçirilib

Adilə Nəzərlə yaradıcılıq görüşü keçirilib
Dekabrın 16-da Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunda filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzərlə yaradıcılıq görüşü keçirilib.

Tədbiri giriş sözü ilə Poeziya klubunun direktoru, şair-İbrahim İlyaslı açıb. İ.İlyaslı Adilə xanımın yaradıcılığına qısa nəzər salaraq, onun şeirlərində irfani düşüncənin, milli ruhun, millətçilik-türkçülük ideyalarının yer aldığını vurğulayıb, fəlsəfi gücün poetik ifadələrdə anlam daşıdığı şeirlərinə işıq tutub.

Görüşdə iştirak edən bir sıra qələm adamları - xalqımızın görkəmli şairi Musa Yaqub, tanınmış yazıçı Səfər Alışarlı, filologiya üzrə fəlsəfə doktoru, yazar Nizami Muradoğlu Adilə Nəzərin yaradıcılığı haqqında geniş məruzə ediblər.

Onlar şairin alimliyi ilə şairliyinin birgə məhsulu olan İlahi Eşq, həyat həqiqətləri və sevgi haqqında olan şeirlərini təqdir və təqdim ediblər.

Eləcə də ədəbi simalardan Aləm Kəngərli, Vurğun Əyyub,İlqar Türkoğlu,Gülbahar Haqverdiyeva, Fərqanə Mehdi, Mikayıl Bozalqanlı, Rafiq Oday, Ehtiram İlham, Gülqədəm Mirzəzadə, Ayaz Arabaçı, Xaqani Abbasəli Öztürk, Lətafət Abıyeva və başqaları çıxış edərək şairin şeirlərindən nümunələr səsləndirib və şairi təbrik ediblər.

Adilə Nəzər fasilələrlə şeirlərini oxuyub, şeirlərindəki bəzi mətləblərə aydınlıq gətirərək şeir yazmağın ona verdiyiiyi rahatlıqdan və oxucu sevgisindən məmnunluğunu ifadə edib.

Bu günkü sevinci ona bəxş etdikləri üçün tədbir iştirakçılarına təşəkkürünü bildirib.

MANERA.AZ tədbirdən fotoları təqdim edir.Fotolar Şakir Rəhmanındır:

Adilə Nəzərlə yaradıcılıq görüşü keçirilib
Adilə Nəzərlə yaradıcılıq görüşü keçirilib
Adilə Nəzərlə yaradıcılıq görüşü keçirilib
Adilə Nəzərlə yaradıcılıq görüşü keçirilib
Adilə Nəzərlə yaradıcılıq görüşü keçirilib
Adilə Nəzərlə yaradıcılıq görüşü keçirilib
Adilə Nəzərlə yaradıcılıq görüşü keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728